"Bank of Baku" ölkəmizin bankçılıq missiyasının ilk ABŞ səfərində iştirak edib

®Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyasının geniş tərkibdə ABŞ-yə ilk işgüzar səfəri uğurla həyata keçirilib.
Səfərdə "Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev də iştirak edib.
Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə
Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutan səfərin əsas məqsədi bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsini təmin etmək, iki ölkənin maliyyə qurumları və kommersiya bankları arasında əməkdaşlığın inkişafına töhvə verməkdir.
Səfər zamanı ilk olaraq ABŞ Dövlət Departamentində, daha sonra digər bir sıra mühüm qurumlarda dövlət rəsmiləri və ABŞ banklarının nümayəndələri ilə görüşlər keçirilib.
Müxtəlif mövzularda təqdimatlar edilib, bank sektoruna dair müasir həllər, süni intellektin bu sahədə tətbiq imkanları, müxbir bank əlaqələrinin qurulması, həmçinin biznes, maliyyə, bank sektoru ilə əlaqədar əhəmiyyətli mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bu səfərin iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmləndirilməsində əhəmiyyəti də vurğulanıb.
Qeyd edək ki, "Bank of Baku" 30 illik fəaliyyətə malik aparıcı Azərbaycan banklarındandır və 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə müxtəlif istiqamətlərdə bank xidmətləri təqdim edir. / banker.az

Banklar     Baxılıb: 26   Tarix: 28 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

"Bank of Baku"da yığıncaq keçiriləcək

28 iyun 2024-cü il tarixində saat 15:00-da "Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək. xəbər verir ki, ünvan bankın Baş İdarəsi, Bakı AZ1069, Atatürk prospekti

Beynəlxalq reytinq agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb

Moody"s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında yüksək göstəricilərdən biri hesab olunur. Agentlik bankın yerli v

Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır

Yelo Bank-ın sevimli Yelo kart məhsulu təqdim etdiyi üstünlüklərlə diqqətləri öz üzərinə çəkməyə davam edir. Xərclərindən və kart balansından gəlir qazanmaq istəyirsənsə, Yelo kart tam sənlikdir. Kartın əsas üstünlüklər

"Bank Respublika"da yığıncaq keçiriləcək

24 iyun 2024-cü il tarixdə "Bank Respublika"ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. . xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:. 1. İclasın sədrinin və katibinin təyi

Kapital Bank-ın dəstəyi ilə "My Technology" layihəsinə start verildi

Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 10 və 11-ci sinif şagirdlərini, eləcə də onları

Mərkəzi Bankın sədri sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb

Mərkəzi Bankın sədri Taleh Kazımovun sığorta şirkətlərinin rəhbərləri ilə növbəti görüşü keçirilib. Görüş zamanı cari ilin birinci rübünün nəticələri və sektorun inkişaf perspektivləri müzakirə olunub. . VTB-də minimal fai

Azərbaycan Mərkəzi Bankında təyinat olub

Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə bazarlarının hüquqi təminatı departamentinin direktoru vəzifəsinə təyinat olub. xəbər verir ki, bu departamentə rəhbərlik Mehriban Məmmədovaya həvalə edilib. 2024-cü ilin əvvəlin

Mərkəzi Bank 2 sığorta şirkətinin vəzifəli şəxsini cərimələyib

Mərkəzi Bank "PAŞA Sığorta" ASC-nin vvə "Atəşgah Həyat" Sığorta Şirkəti ASC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbule dib. Marja Mərkəzi Banka istinadən xəbər verir ki

"Rabitəbank" fond bazarından illik 9.5 faizlə 10 mln. manatlıq vəsait cəlb edir

18 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Rabitəbank" ASC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. B


iqtisadi xeberler emlak xeberleri biznes ideyalari biznes krediti kripto