Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi

Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi22 aprel 2024-cü il tarixindən başlayaraq, Azərbaycan Bankçılıq Missiyası bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədi ilə Amerika Birləşmiş Ştatlarına ilk işgüzar səfərini həyata keçirib.
Bu missiya, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər nümayəndələrinin, bir sıra bankların sədrlərinin, o cümlədən "Bank Respublika"ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimovun iştirakı ilə reallaşır.
Missiyanın əsas məqsədi ABŞ və Azərbaycan arasında maliyyə sahəsində əməkdaşlığı gücləndirməkdir.
Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatasının (AmCham) təşkilati dəstəyi ilə səfər çərçivəsində ABŞ Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. 
ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında "DFC maliyyələşdirməsinə əlçatanlıq: qaydalar və tənzimləmələr" mövzusunda ikitərəfli görüş keçirilib. Tədbir zamanı DFC ilə gələcək əməkdaşlıq imkanları, qurumun maliyyələşdirməyə maraqlı olduğu prioritet sahələr müzakirə edilib.
Azərbaycan bankçılıq missiyasının növbəti görüşlərində "Exim Bank" və "Bank of New York Mellon" (BNY Mellon) kimi nüfuzlu qurumlarla əməkdaşlıq imkanları və iş birliyi sahələri müzakirə olunub. Görüşlərdə bankların təcrübələri, mümkün risklərin idarə edilməsi, komplayns məsələləri və süni intellektin bank əməliyyatlarında tətbiqi haqqında məlumatlar paylaşılıb.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Stabil" proqnozlu "B2" reytinqinə (Moodys) malikdir.
 Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi  
22 aprel 2024-cü il tarixindən başlayaraq, Azərbaycan Bankçılıq Missiyası bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədi ilə Amerika Birləşmiş Ştatlarına ilk işgüzar səfərini həyata keçirib.
Bu missiya, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər nümayəndələrinin, bir sıra bankların sədrlərinin, o cümlədən "Bank Respublika"ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimovun iştirakı ilə reallaşır.
Missiyanın əsas məqsədi ABŞ və Azərbaycan arasında maliyyə sahəsində əməkdaşlığı gücləndirməkdir.
Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatasının (AmCham) təşkilati dəstəyi ilə səfər çərçivəsində ABŞ Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. 
ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında "DFC maliyyələşdirməsinə əlçatanlıq: qaydalar və tənzimləmələr" mövzusunda ikitərəfli görüş keçirilib. Tədbir zamanı DFC ilə gələcək əməkdaşlıq imkanları, qurumun maliyyələşdirməyə maraqlı olduğu prioritet sahələr müzakirə edilib.
Azərbaycan bankçılıq missiyasının növbəti görüşlərində "Exim Bank" və "Bank of New York Mellon" (BNY Mellon) kimi nüfuzlu qurumlarla əməkdaşlıq imkanları və iş birliyi sahələri müzakirə olunub. Görüşlərdə bankların təcrübələri, mümkün risklərin idarə edilməsi, komplayns məsələləri və süni intellektin bank əməliyyatlarında tətbiqi haqqında məlumatlar paylaşılıb.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Stabil" proqnozlu "B2" reytinqinə (Moodys) malikdir. / marja.az

Banklar     Baxılıb: 27   Tarix: 27 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Bankların cəmi gəlirlərinin RENKİNQİ: həcm, dinamika və bazar payı (2024, I rüb)

Azərbaycan banklarının 2024-cü ilin ilk rübü üzrə cəmi gəlirlərininin renkinqini tərtib edib. İlk rübdə banklar 1.354 mlrd. manatlıq cəmi gəlir əldə etməklə keçən ilin eyni dövründəki nəticəni 23 faiz üstələyib. Təcili xəbərlə

Şirkətlərin banklardakı depozitləri: həcm, bazar payı və dinamikasının RENKİNQİ (01.04.2024)

bankların hüquqi şəxslərdən cəlb etdiyi depozitlərə görə onların renkinqi tərtib edib:

AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada

Azərbaycanın bank sektorunun aparıcı oyunçularından olan AccessBank, sahibkarlığın inkişafı və maliyyə xidmətlərinin əlçatanlığını təmin etmək məqsədi ilə, yeni filialının açılışını qeyd edir. . Beləliklə, 10 may 2024-c

SİF: Son üç ildə 45 mln. manatdan çox krediti geri almışıq

Son üç ildə Azərbaycanda verilən güzəştli kreditlər üzrə 432 halda tam və qismən təyinatdan kənarlaşma olub. Bunu müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osma

AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı

() Sizin yerli Avropa bankınız - Accessbank, xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi və maliyyə bazarındakı tendensiyalara uyğunlaşmaq məqsədi ilə, dollar əmanətlər üzrə sərfəli kampaniyaya start verir. Kampaniya çərçivəsind

"Bu il hədəfimiz sahibkarlara 200 mln. manat güzəştli kredit verməkdir" – SİF

Bu il sahibkarlara verilən güzəştli kreditlərlə bağlı minimum hədəf ötən ilki nəticələri təkrarlamaqdır. Bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xalıyev deyib. Təcil

"AFB Bank" ilə kreditinizin komissiyası az, faizi aşağı olsun

Ölkənin daima inkişaf edən banklarından olan "AFB Bank" müştərilərinə sərfəli fürsətlər yaratmağa davam edir. . Bankın nağd pul krediti üzrə yenilənmiş şərtləri müştərilərə az komissiya və aşağı faizlə yüksək məbləğl

Bu il güzəştli kreditlərin 71%-i regionların payına düşüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda verilmiş güzəştli kreditlərin 71 %-i regionların (Bakı, Sumqayıt və Abşeron istisna olmaqla) payına düşüb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunu

Beynəlxalq reytinq agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb

Moody"s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında yüksək göstəricilərdən biri hesab olunur. Agentlik bankın yerli v


iqtisadi xeberler depozit faizleri avtomobil xeberleri rubl mezenne biznes qurmaq