"Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb

BP Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat verir ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Dərinsulu Günəşli platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilir.
BP-dən verilən məlumata görə, plana əsasən "Dərinsulu Günəşli" platformasından hasilat aprel ayının 25-dən başlayaraq 15 gün müddətinə dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın.
Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə
Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən ventillərin dəyişdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək.
Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2023-cü ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2024-cü ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilmişdir.
AÇG-nin digər platformalarından, həmçinin Şahdəniz yatağının platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri (CQBK və CQBKG) vasitəsilə ixrac əməliyyatları normal davam edir.
Bu planlaşdırılmış proqram obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarətdir ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür. / banker.az

Xəbərlər     Baxılıb: 30   Tarix: 26 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Dövlət Statistika Komitəsi 1 milyon manatlıq proqram təminatı alır

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi "Sinam" MMC ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb. xəbər verir ki, müqavilədə Kənd təsərrüfatının siyahıyaalınması üzrə proqram təminatlarının satı

"BP Azerbaijan": Ceyhandan 54 mln. barel xam neft 72 tankerə yüklənib, yola salınıb

2024-cü ilin I rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təxminən 33 milyon dollar, əsaslı xərclərə isə 7 milyon dollar vəsait xərclənib. Ötən ilin eyni dövründə bu xərclər müvafiq olaraq 34 mln. dolla

"WhatsApp" dizaynını tamamilə dəyişdi

WhatsApp" "Android" və "iOS" əməliyyat sistemlərində mesencerin dizaynını tamamilə dəyişib. Bu barədə tətbiqin "X" sosial şəbəkə hesabında xəbər verilib. Təcili xəbərlər üçün bizi WhatsAp

EIA qlobal neft tələbatı üzrə proqnozunu artırıb

ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-2025-ci illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu açıqlayıb. EIA-nın aylıq hesabatına əsasən, b

Qlobal neft hasilatının artım tempi gələn il cüzi sürətlənəcək – PROQNOZ

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-2025-ci illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu açıqlayıb. Bu il maye karbohidrogenlərin gündəli

Azərbaycanda "yaşıl texnologiya" onlayn platforması yaradılacaq

Azərbaycanda Dünya Bankı Qrupunun "Business Ready" hesabatı üzrə "yaşıl texnologiya" onlayn platforması yaradılacaq. Bu, hesabatın "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələri

"Apple" yeni M4 prosessorlu iPad modellərini təqdim edib – Qiymətlər

Amerikanın "Apple" şirkəti dünən, mayın 7-də yaz təqdimatında süni intellektlə işləyən M4 prosessorlu yeni iPad Pro-nu təqdim edib. Şirkət həmçinin 13 düymlük displey, Pencil Pro-nu və Magic Keyboard-u nümayiş etdirib

"Google" rəsmi proqramlarla bağlı yenilik edib

"Google" rəsmi hökumət proqramlarını müvafiq etiketlə işarələməyə başlayıb. Məlumata görə, tətbiqin rəsmi mənşəyini təsdiqləmək üçün yükləmə düyməsinin yanında "Government" və ya "Dövlət Qurumu"

Əmtəə bazarlarında gələn il neftin qiymətinin azalacağı proqnozlaşdırılır

ABŞ Energetika Nazirliyi 2024-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 88.55 ABŞ dollarından 87.79 dollaradək endirib. ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasını


iqtisadi xeberler leobank kart bitkoin qiymeti bank faizleri 1000 manatla biznes