ƏDV geri al və onun üstünlükləri

ƏDV geri al və onun üstünlükləriƏDV-in geri qaytarılması İlham Əliyevin 21 mart 2020-ci il tarixli fərmanı ilə təsdiqini tapan və həmin gündən qüvvəyə minən "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" fərmanı ilə təmzinlənir.

Həm nağd, həm də nağdsız alış-verişlərdə geri qaytarılan ƏDV-in faizləri alış-veriş üsulumuza görə dəyişir.

Belə ki, nağd alış-verişlərdə 10%, nağdsız alış-verişlərdə isə 15% ƏDV geri qaytarılır. Bəzi bank kartlarında olan müxtəlif zamanlı kampaniyalarda bu faizlər artırıla da bilər.

Bəs ƏDV-ni necə geri ala bilərik?

Əvvəlcə www.edvgerial.az saytından qeydiyyatdan keçməyimiz lazımdır. Bu zaman bizə əlaqə nömrəmiz və FİN kodumuz bəs edir. ƏDV geri al saytından qeydiyyatdan sonra alış-veriş zamanı aldığımız çeklərlə ƏDV-in müəyyən hissəsini geri ala biləcəyik.

ƏDV geri almaq üçün alış-verişdə əldə etdiyimiz çekin üzərindəki QR kod və fiskal ID-ni istifadə edəcəyik.

ƏDV geri al saytına daxil olduqda "FİSKAL ID daxil edin" hissəsinə çekimizdəki 12 rəqəmli kodu daxil edib, "çeki əlavə et" hissəsinə toxunmaqla çekimizi ƏDV geri ala yerləşdirə bilərik.
ƏDV geri al və onun üstünlükləriRəqəmləri yazmağa vaxt itirmək istəmədikdə isə ekrandakı QR kod hissəninə keçid edib, kodu oxutmaqla çeki əlavə edə bilərik.

Hər iki halda da ekranda çekdə nə qədər ödəniş etdiyimizi və bizə qayıdacaq ƏDV-in miqdarını görəcəyik.

ƏDV geri aldakı məbləğimiz 30 gün ərzində bizim ƏDV geri al balansımızda görünəcək.

Həmin balansı isə istər kontur olaraq nömrəmizə yükləyə, istərsə də kart hesabımıza yükləyib istədiyimiz kimi istifadə edə bilərik.

Kart hesablarımıza yüklədiyimiz zaman istifadə etdiyimiz kart nömrəsi Kapital bank və ABB-ə aid olarsa, sizdən heç bir komissiya tutulmayacaq. Digər bank kartlarından isə yükləyəcəyiniz məbləğdən aslı olmayaraq bir manat komissiya tutulur.

Alış-verişimizdən qazanc əldə etmək, bir növ qənaət etmək üçün ƏDV geri al ən yaxşı üsullardan biri kimi dəyərləndirilir. Bu səbəbdən də ƏDV geri al hər kəs tərəfindən tez zamanda mənimsənilib və istifadə olunur.

ƏDV geri al həm də insanların çek tələb etməyə sövq edir. Əvvəllər alış-veriş zamanı müştərilər çekdən istifadə etmirdi. Aldıqları məhsullar yararsız olduqda, fikirləri dəyişdikdə qanunvericilikdə 14 gün müddətində buna haqları olsa da, çek olmadığı üçün mağaza ilə problemlər yaşayırdılar. Bu da əlavə xərcə, ziyana düşməyə səbəb olurdu.

Ancaq indi insanlar ƏDV geri alacağı üçün çeklərini tələb edirlər və hansısa fikir dəyişkənlikləri olduqda həmin çeklər vasitəsilə rahatlıqla işlərini həll edirlər.

Biznes     Baxılıb: 450   Tarix: 13 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dörd yeni lombard şirkəti yaradılıb

Azərbaycanda dörd yeni lombard şirkəti yardılıb. Bakıda 203,7 min manat sərmayəli yeni şirkət yaradılıb. xəbər verir ki, lombard şirkətləri Dövlət Vergi Xidmətinin idarələri tərəfindən dövlət qeydiyyatına alınıb. Yeni lombar

"Dərnəgülsənayetikinti"nin rəhbərliyi dəyişəcək

25 iyun 2024-cü il saat 11.00-da "Dərnəgülsənayetikinti" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. "Orbita-Market"in sərmayəsi 47 min manat azaldılır. xəbər verir ki, yığıncaq Bakı şəhəri

Nəqliyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR

20 iyun 2024-cü il saat 15.00-da "Alatava – Avtonəqliyyat 2" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR. xəbər verir ki, iclasın gündəliyin

"Azərenerji"nin gəlirləri 7 dəfə azalıb

2024-cü ilin yanvar-mart aylarında "Azərenerji" xaricə 40,3 milyon dollar dəyərində məhsul  - elektrik enerjisi ixrac edib. Ötən ay xaricə 12 milyon dollarlıq - QIZIL SATILIB.  bu barədə İqtisadi İslahatların Təhlil

"Böyük sahibkarlar da yerli kiçik şirkətlərə şans yaratmalıdır ki, məhsullarını tanıda bilsinlər"

 KOB-ların dövlət satınalmalarında iştirakını təmin edirik. Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub.  xəbər verir ki, bu barədə Təchizat Zənciri Liderləri Zirvəsində KOBİA idarə heyətini

Ləğv prosesində olan hotel şirkəti - ƏMLAKINI BÖLƏCƏK

2024-cü il iyun ayının 24-də saat 12:00-da ləğv prosesində olan "Kür Mehmanxanası" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Evrascon" şirkəti səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK

Azərbaycan-Latviya biznes forumu keçirilib - FOTOLAR

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan – Latviya biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, İKT, ticarət v

 "Suraxanı Bazar" ASC-nin dividend payları - BÖLÜNƏCƏK

30 iyun 2024-cü il saat 11.00-da "Suraxanı Bazar" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Azərbaycanın taxıl şirkətinin səhm9darları toplanır. xəbər verir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu

"Azərboru" şirkətinə rəhbərlik seçiləcək - TOPLANTI

27 iyun 2024-cü il tarixində saat 11:00-da  "Azərboru" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı  keçiriləcək. xəbər verir ki, yığıncaq Sumqayıt şəhəri, Sülh küçəsi, 1 ünvanında yerləşən Səhmdar Cəmiyyəti


iqtisadi xeberler biznes ideyalari 1000 manatla biznes bitkoin almaq bitcoin qiymeti