Rusiya Mərkəzi Bankı faiz qərarını açıqladı

Rusiya Mərkəzi Bankı faiz qərarını açıqladıBu gün Rusiya Mərkəzi Bankının İdarə Heyəti ardıcıl üçüncü dəfə uçot dərəcəsini illik 16% səviyyəsində sabit saxlayıb.
Marja xəbər verir ki, Mərkəzi Bank fevral və mart aylarında keçirilən iclaslarda da eyni qərarı verib. Sonuncu dəfə uçot dərəcəsi 2023-cü ilin dekabrında dəyişib - Mərkəzi Bank onu illik 15%-dən 16%-ə qaldırıb.
Rusiya Mərkəzi Bankı faiz qərarını açıqladıEyni zamanda Mərkəzi Bank 2024-cü il üçün inflyasiya proqnozunu pisləşdirib. Tənzimləyicinin proqnozuna görə, dekabrda qiymət artımı 4,3-4,8% təşkil edəcək. Hələ fevral ayında Mərkəzi Bank, inflyasiyanın 4-4,5% olacağını proqnozlaşdırmışdı (Mərkəzi Bankın hədəfi 4%). Bundan əlavə, Mərkəzi Bank 2024 və 2025-ci illərdə orta uçot dərəcəsi üzrə proqnozu müvafiq olaraq 15-16%-ə və 10-12%-ə (fevral proqnozunda 13,5-15,5%-dən və 8-10%-ə) yüksəltməklə güclü siqnal verib. Aprelin 27-dən 2024-cü ilin sonuna qədər orta uçot dərəcəsinin 14,5-16% diapazonunda olacağı proqnozlaşdırılır.
Bazarlarda da uçot dərəcəsinin illik 16% səviyyəsində qalacağını gözlənilirdi.
Eyni zamanda inflyasiyaya meylli amillər də qalmaqdadır. İqtisadi artım davam edir ki, bu da əmək resurslarına tələbi artırır, nəticədə işsizlik tarixi minimum  2,8% səviyyəsindədir. "Ev təsərrüfatlarının gəlirlərində əhəmiyyətli artım və inamlı istehlakçı əhval-ruhiyyəsi fonunda istehlak aktivliyi yüksək olaraq qalır. Müəssisə sorğularından əldə edilən məlumatlar yüksək investisiya tələbinin davam etdiyini göstərir. Rusiya iqtisadiyyatının balanslaşdırılmış artım trayektoriyasından yuxarıya doğru sapması əhəmiyyətli olaraq qalır. 2024-cü ildə ÜDM-in artımı proqnozu 2,5-3,5%-ə qaldırılıb", - deyə Mərkəzi Bankdan bildirilib.
ABir sıra nalitiklər hesab edirlər ki, faiz endirimi dövrü ya iyulda, ya da sentyabr-oktyabr aylarında başlaya bilər. Eyni zamanda, bir sıra ekspertlər etiraf edirlər ki, qiymətlər Mərkəzi Bankın proqnozundan xeyli kənara çıxan sürətlə artmağa davam edərsə, tənzimləyici uçot dərəcəsini ilin sonuna kimi 16% səviyyəsində saxlaya bilər. / marja.az

Maliyyə     Baxılıb: 39   Tarix: 26 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Büdcədə 822 milyon manatlıq artıqlıq yaranıb

2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinə 9 milyard 234,3 milyon  manat vəsait daxil olmuş, büdcədən 8 milyard 412,6 milyon manat vəsait xərclənmişdir. Bu barədə Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasə

Birjalarda son vəziyyət

Bu həftə investorlar Federal Ehtiyyatlar Sisteminin Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantısının və faiz qərarının ön planda olduğu zəngin iqtisadi təqvim fonunda ciddi ticarət fürsətləri əldə edə bilərlər. ABŞ-d

ADB Azərbaycan iqtisadiyyatının 2024-2025-ci illər üçün iqtisadi artım proqnozlarını yeniləyib

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda ÜDM-in artım templərinin 2024-cü ildə 1,2%, 2025-ci ildə isə 1,6% səviyyəsində olacağını proqnozlaşdırır. Bu barədə bankın "Asiyanın inkişaf perspektivləri"nin aprel ayı üçü

Birjalarda son vəziyyət

ABŞ-da açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və İstehsal Qiymətləri İndeksi (PPİ) göstəriciləri bu həftə ön planda olacaq və bazarların yaxın müddətli istiqamətini müəyyən edə bilər. Bu arada, pərakəndə satış məlumatlar

Bu ilin I rübündə Naxçıvanda ÜDM istehsalı 3 % artıb

Bu ilin I rübü ərzində Naxçıvanda ümumi daxili məhsul istehsalı 318 milyon 794 min manat olub. Bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov "Sahibkarla

Azərbaycanda illik müqayisədə inflyasiya yoxdur - RƏSMİ

Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatları açıqlayıb. Məlumata görə, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin aprel ayında 2023-cü ilin aprel ayına nisbətə

Bu il 180 mindən çox Asan İmza sertifikatı verilib

Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, 2024-cü ilin yanvar-aprel ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 229.081 şəxs qəbul edilib, onlara 346.225 sayda xidmət göstərilib ki, bunları

Qlobal bazarlarda son vəziyyət

Bugün Yaponiya Mərkəzi Bankı aprel toplantısının nəticələrinə əsasən, uçot faiz dərəcəsini 0-0.1% səviyyəsində saxladı. Qeyd etmək lazımdır ki, tənzimləyici qurum mart ayında 17 il ərzində il dəfə olaraq uçot dərəcəsini artırmışdı

Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının həyətində yerləşən müxtəlif sexlərd


iqtisadi xeberler emlak xeberleri bitkoin almaq dollar kursu 1000 manatla biznes