"Türksat" "Azerspace-2" peykinin resurslarından Afrikada istifadə edəcək

Türkiyənin Ankara şəhərində keçirilən Mərkəzi Asiya regionunun kosmik agentlik rəhbərlərinin Kosmik Texnologiyalar Konfransında (STC2024) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") ilə Türkiyənin peyk operatoru "Türksat" arasında kommersiya müqaviləsi imzalanıb.
Bu barədə Agentlikdən bildirilib.
Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə
Bu əməkdaşlıq sayəsində "Türksat" "Azerspace-2" peykinin resurslarından Afrika bölgəsində data layihələrində istifadə edəcək. Paralel olaraq "Azərkosmos" da "Türksat"ın yeni peyk texnologiyalarından faydalana biləcək.
Qeyd edək ki, Ankarada Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir. Beynəlxalq konfransda iştirakçılar arasında "Türksat", "Maxar", "Axiom", "Space", "Eutelsat", "İntelsat", "Satvu", "Uztelecom" və digər qlobal və regional kosmik şirkətlər yer alıb.
"STC 2024" proqramı çərçivəsində plenar sessiya və müzakirələr keçirilir. Konfransda "Mərkəzi Avrasiyanın kosmik ekosisteminin inkişafı və beynəlxalq əməkdaşlıq imkanları" adlı plenar sessiyada "Azərkosmos"un yeni peyk layihələri, iqlim dəyişikliyi üzrə hazırlanmış rəqəmsal platformasından bəhs olunub. "Azərkosmos"un əsas hədəflərindən biri də kosmik sahədə regional əməkdaşlığın gücləndirilməsi olduğu iştirakçıların diqqətinə çatdırılıb.
"Azərkosmos"la yanaşı, plenar sessiyada Türkiyənin "Türksat", Pakistanın "SUPARCO", Birləşmiş Ərəb Əmirliklərinin kosmik agentliyi, Özbəkistanın "Uzbekcosmos", Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerkosmik Sənayesi Nazirliyinin rəhbərləri öz milli kosmik sektorlarının fəaliyyəti, inkişafı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi imkanları ilə bağlı məlumatları bölüşüblər. / banker.az

Xəbərlər     Baxılıb: 34   Tarix: 26 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Bu il Azərbaycandan Avropaya ixrac edilən qazın həcmi açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Avropaya 4.2 milyard kubmetr qaz ixrac olunub. Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Təcili xəbərlər üçün bizi WhatsAp

2024-cü ildə dünyada IT xərcləri 5 trln. dolları keçəcək

2024-cü ildə informasiya texnologiyalarına qlobal xərclər 5.06 trilyon dolları keçəcək. Bu barədə "Gartner" tədqiqat şirkəti məlumat yeyib. Ötən il qlobal IT xərcləri 3.8% artaraq təxminən 4,7 trilyon dollar təşki

Azərbaycandan Avropaya STRING vasitəsilə təbii qaz tədarükü ildə 5 mlrd. kubmetr təşkil edə bilər

"Həmrəylik halqası" (STRING) təşəbbüsü çərçivəsində Azərbaycan təbii qazının Avropaya tədarükü ilkin mərhələdə ildə 5 milyard kubmetr təşkil edə bilər. Bu barədə Slovakiyanın "Pravda" nəşrinə müsahibəsind

Dövlət Statistika Komitəsi 1 milyon manatlıq proqram təminatı alır

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi "Sinam" MMC ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb. xəbər verir ki, müqavilədə Kənd təsərrüfatının siyahıyaalınması üzrə proqram təminatlarının satı

Britaniyalı pilotsuz texnologiya istehsalçısı "Wayve" $1 mlrd. cəlb edib

Britaniyalı pilotsuz texnologiya istehsalçısı "Wayve" 1 milyard dollar cəlb edib. Raundun aparıcı investorları "SoftBank", "Nvidia" və "Microsoft" startapa sərmayə qoyub. Ümumi investisiy

"WhatsApp"da yenilik

"WhatsApp" mesencerində foto və video çəkməklə bağlı yeni funksiya istifadəyə veriləcək. Foto çəkərkən istifadəçilər çəkiliş miqyasını dəyişə biləcəklər. Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə. Məlumat

Azərbaycanda "digital.login" platformasının yeni versiyası istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) "digital.azerbaijan" brendi altında rəqəmsal xidmətlərə vahid giriş sistemi – "digital.login" platformasını

"Samsung" smartfon bazarında "Apple"ı keçərək lider olub

Cənubi Koreyanın "Samsung" korporasiyası 2024-cü ilin birinci rübündə qlobal smartfon bazarında lider olub. Bu barədə "Counterpoint Research"in hesabatında deyilir. Şirkətin analitikləri "Samsung"

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 7.3 milyard manatdan çox olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, indiyədək ölk


iqtisadi xeberler pul qazanmaq dollar manat kursu bitcoin qiymeti valyuta kurslari