Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt

Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt2020-ci ildə yayılan Korona Virus səbəbilə ən böyük işçi bazasına malik ölkələrdən biri olan ABŞ-ın işçi qüvvəsinin 36%-dən artığını sərbəst işçilər təşkil edirdi. Təəccüblü deyil ki, bu faiz hələ də günü gündən artmaqdadır.

Bu artımın səbəbi frilanserlərin öz iş yüklərini, layihələrini və müştərilərini seçmək azadlığından istifadə etməsi və bu rahatlığın qrafikli işlərə nisbətən daha verimli olmasıdır.

Frilanserlerin artımına COVID-19 epidemiyasının da təsiri çox olub. Epidemiya zamanı şirkətlər iş tələblərinin öhdəsindən gəlmək üçün, işlərini davamlı etmək, eyi zamanda epidemiyanın yayılmaması üçün freelancerləri işə cəlb edirdilər.

Həmin dövrdə qrafikli çalışan işçilərin də böyük faizi frilanser fəaliyyətə keçdi. İşlərin yaxşı getdiyini, ofis, ofis daxili xərclərin azaldığını görən biznes sahibləri yumşalmalar zamanı da frilans işçiləri ofisə cəlb etmə ehtiyacı görmədilər.

Heç frilanserlər də qrafikli işə keçmək istəmədilər. Çünki olduqları yerdən işlərini idarə edə bildiklərinə görə ofis daxili işlər frilanslerlərə vaxt itkisi kimi gəlməyə başladı. Çünki 9-6 sistemi kompüter arxası işlər üçün yorucu və sıxıcı ola bilirdi.

Frilanslar isə işlərini bitirdikdən sonra vaxtlarını özlərinə xərcləməyə fürsət tapırdılar.

Xaricdən frilans işlər götürmək üçün orta səviyyədə dil bilginiz və sahənizi yaxşı bilməyiniz bəs edir.

Amerika və Avropa frilans işlər götürdükdə həm iş imkanlarınızı genişləndirmək, həm də gəlirinizi yaxşılaşdıra bilərsiniz.
Xaricdə freelancer tapmaq üçün TOP-5 saytBunun üçün frilans iş saytları var ki, oradan müştərilər tapmaq və öz işlərinizi xarici bazara çıxartmaq şansınız olacaq.

1. Fiverr

Bu veb sayt həm frilanserlər, həm də biznes sahiblərinin bir-biri ilə qarşılıqlı əlaqə yaratması üçün hazırlanan saytdır. Qeyd edək ki, vebsaytda frilanserlərə satıcılar, onların xidmətlərinə konsertlər, biznes sahiblərinə isə alıcılar deyilir.

Alıcı hər dəfə konsert aldıqda, sistem avtomatik olaraq onların hesabından ödəniş alır və pulu gözləməyə qoyur. Sistem daha sonra təklif olunan qiymətin 80%-ni frilanserin hesabına yükləyir.

Hər bir frilanserin satıcı səviyyəsindən asılı olaraq, qazanclarını geri götürmək 14 günə qədər çəkə bilər. Frilanserlər ödənişlərini Debet kartı, PayPal və pul köçürməsi kimi yollarla saytdan götürə bilərlər.

2. Toptal

Toptal yüksək ixtisaslı frilanser sənaye mütəxəssislərini şirkətlərlə birləşdirən vebsaytdır.

Toptal-ın TopTracker adlı vaxtın izlənməsi və hesab-faktura üçün xüsusi xidməti də var. Bu xidmət vasitəsilə frilanserlər təklif etdikləri qiyməti hesablarına əlavə edə və Payoneer, Paypal və ya birbaşa yerli bank köçürməsi vasitəsilə şəxsi hesablarına yükləyə bilərlər.

3. Freelancer.com

Freelancer.com dünyanın hər yerindən olan peşəkarların və şirkətlərin müxtəlif layihələrdə əməkdaşlıq etdiyi saytdır.

Geniş əhatə dairəsi sayəsində müştərilər istənilən növ istəklərini asanlıqla tapa bilərlər.

Burada frilanser işi başa vurduqdan sonra tam ödənişini özü alır. Lakin, platforma sabit layihələr üçün qazancınızın 10%-ni özündə götürər.

Freelancer.com-da da pulunuzu saytdan çıxarmaq üçün PayPal və ya pul köçürməsindən istifadə bilərsiniz.

4. Flexjobs

Flexjobs frilans saytında siz təhsil və təlimdən tutmuş jurnalistika və yazı işlərinə qədər geniş kateqoriyalarda frilans işlər görə bilərsiniz.

Frilans işinizi gördükdən sonra siz hesabınızdakı pulu Debet kart və ya PayPal ilə şəxsi hesabınıza yükləyə bilərsiniz.

Flexjobs digər frilans saytlardan fərqli olaraq iş verənlərə 30 günlük məmnuniyyət zəmanəti verir. Yəni frilans xidmətdən razı qalmayan iş verənə ödənişi tam geri qaytarılır.

5. Behance

Siyahıda qeyd etdiyimiz əvvəlki frilans saytlardan fərqli olaraq, Behance yaradıcı istedadı olanlar üçün sosial şəbəkədir.

Bütün dünyadakı insanlar bu veb-saytdan portfel yaratmaqdan tutmuş animasiyalar, illüstrasiyalar, vebsayt və qrafik dizayna qədər yaradıcı işlərini paylaşmaq üçün istifadə edirlər.

Bu paylaşımlar sayəsinda də onlar frilans işlərini qəbul edirlər. Yəni Behance tək paylaşmaq üçün deyil, həm də frilans işlər üçün olan məşhur saytdır. Eyni zamanda Behance hesabı olan frilanserlər digərlərinə nisbətən daha çox müştəri bazası toplaya bilirlər.

Biznes     Baxılıb: 375   Tarix: 15 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Rusiyanın Azərbaycandakı dərman şirkəti bağlanır

"Nijnoqorodskiyximiko-farmasevtiçeskiy zavod" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (qısaldılmış adı "Nijfarm" SC ARN) cəmiyyətin yeganə təsisiçisi olan "NİDDA LİNKS S.A.R.L."

"Bakı Elektroştamp" ASC-nin rəhbərliyinə üzvlər seçiləcək

25 iyun 2024-ci il tarixində saat 10:00-da "Bakı Elektroştamp" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. "Vulkan" ASC səhmdarlarının toplantısı keçiriləcək. xəbər verir ki, yığıncaq Bak

KFC bu ölkədə1 00-dən çox restoranını bağlayıb

Fələstini boykot etdiyi üçün KFC-nin Malayziyada 100-dən çox restoranı bağlanıb. xəbər verir ki, daha çox restoran filialının fəaliyyətini dayandıracağı gözlənilir. Qonşu mağazalarda çalışan işçilər restoranların müştər

Ləğv prosesində olan hotel şirkəti - ƏMLAKINI BÖLƏCƏK

2024-cü il iyun ayının 24-də saat 12:00-da ləğv prosesində olan "Kür Mehmanxanası" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "Evrascon" şirkəti səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK

"Gəncə-Ekspress"ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR

28 iyun 2024-cü il saat 12.00-da "Gəncə-Ekspress"ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. "Gəncə Mexanizasiya-5" ASC-nin səhmdarları - TOPLANIR. xəbər verir ki, yığıncaq  Gəncə şəhəri, Ələkbə

Azərbaycan-Latviya biznes forumu keçirilib - FOTOLAR

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan – Latviya biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, İKT, ticarət v

AMEA-nın tabeliyindəki qurum - LƏĞV OLUNUR

Azərbaycan Milli Elmlər Akademiyasının "Selen" Elmi İstehsalat Birliyi (VÖEN: 130034321) ləğv olunduğunu elan edir. "Bakı Yastıq Zavodu" ASC-nin səhmdarları - TOPLANIR. xəbər verir ki, kreditorlar ik

 "Suraxanı Bazar" ASC-nin dividend payları - BÖLÜNƏCƏK

30 iyun 2024-cü il saat 11.00-da "Suraxanı Bazar" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Azərbaycanın taxıl şirkətinin səhm9darları toplanır. xəbər verir ki, yığıncaq Bakı şəhəri, Suraxanı rayonu

Azərbaycanda kosmetika şirkətinin nizamnamə kapitalı azaldılır

Azərbaycanda kosmetika şirkəti olan "Gazelli Group" MMC nizamnamə kapitalının azaldılmasını elan edir. Azərbaycanda dörd yeni lombard şirkəti yaradılıb. xəbər verir ki, nizamnamə kapitalının nə qədər azaldılmas


iqtisadi xeberler investisiya dollar mezenne biznes xeberleri biznes ideyalari