ABB-də gələcəyin bankçılığını qarşılayın – səsli süni intellekt köməkçisi ilə bank əməliyyatları

ABB-də gələcəyin bankçılığını qarşılayın – səsli süni intellekt köməkçisi ilə bank əməliyyatları®Bir çox yeni təcrübələri ölkəmizə gətirən ABB bu dəfə müştərilərinə tamamilə fərqli bir xidmət təqdim edib. Artıq ABB müştəriləri süni intellekt əsaslı səsli icra təcrübəsindən də faydalana bilərlər. AI-khan və AI-nur adlı virtual köməkçilər onlara ABB-nin xidmət və məhsulları ilə bağlı bütün məsələlərdə operativ kömək göstərəcək, əməliyyatlarını səsli komandalarla yerinə yetirəcək, suallarını cavablandıracaqlar.
Bu yenilik hazırda Beta test mərhələsindədir. ABB mobile tətbiqinin əvvəlcədən qeydiyyatdan keçmiş 10 000 istifadəçisi artıq AI-khan və AI-nurla danışıb ilk funksiya kimi telefon nömrəsi ilə pul köçürməsini test edə bilərlər.
Vəsait köçürüləcək mobil nömrə pul köçürən şəxsin telefonunun yaddaşında olmalıdır. İstifadəçi vəsait köçürüləcək mobil nömrə sahibinin ad və soyadını səsləndirir, virtual köməkçi dərhal əməliyyatı yerinə yetirir.
Yeni süni intellekt texnologiyası müştərilərə bank əməliyyatlarını daha rahat, sürətli və intuitiv şəkildə həyata keçirməyə imkan yaradır. Bu zaman təhlükəsizlik də ən yüksək səviyyədə qorunur.
İlkin mərhələdə hələlik bu imkan pul köçürmələrinə və bankla bağlı sualların cavablandırılmasına aid olsa da, tezliklə yeni süni intellekt təcrübəsi başqa bank əməliyyatlarını da əhatə edəcək və müştəri rəylərini nəzərə alaraq daha da təkmilləşdiriləcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 02 dekabr 2025

Oxşar xəbərlər

"Fitch": Azərbaycan bankları 2026-cı ildə daha mülayim kreditləşmə artımına keçəcək

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda kreditləşmə tempinin birrəqəmli göstəriciyə qədər yavaşlayacağını gözləyir. Bu barədə "MDB+" regionu (Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan

"Visa"nın Azərbaycandakı əməliyyatlardakı payı 60 faizə yüksəlib

ABŞ-nin transmilli ödəniş kartları şirkəti oktyabrda "Visa"nın Azərbaycandakı ödənişlərdəki payı artaraq ümumi ödənişlərin 60%-nin təşkil edib. bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Belə ki, oktyab

4 sığorta şirkətinə icrası məcburi olan göstəriş verilib, 1 sığorta şirkətinin vəzifəli şəxsləri cərimələnib

Oktyabr ayında Azərbaycan Mərkəzi Bankı "Qala-Həyat" Sığorta Şirkəti ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Atəşgah Həyat" ASC Sığorta Şirkəti ASC "PAŞA Sığorta" ASC-yə icrası məcbur

Unibank "Qara Cümə" kampaniyası keçirir

Unibank 27, 28 və 29 noyabr tarixlərini əhatə edən "Qara Cümə" günləri çərçivəsində müştərilərə xüsusi şərtlərlə bir sıra sərfəli təkliflər təqdim edir. Kampaniya müddətində həm nağd kredit, həm premium kart, hə

İllik 9.9-dan başlayan faiz dərəcəsilə nağd pul krediti

Expressbank müştərilərinə rahat bank xidmətləri göstərməyə davam edir!. …. .az xəbər verir ki, yeni kampaniya şərtlərinə əsasən, Expressbankda kredit üzrə illik faiz dərəcəsi 9.9-dan başlayır!. Belə ki, kampaniya müddət

Bölgələr üzrə bank kreditləri: Hansı şəhərdə ucuz, hansında bahalıdır?

2025-ci ilin noyabr ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 29,404 mlrd. manat təşkil edib. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Hesabat dövründ

PASHA Bank Georgia-nın dəstəyi ilə Biznes forum keçirildi

PASHA Bank Georgia, PASHA Holding ilə birgə və EY, VISA və SOCAR-ın tərəfdaşlığı ilə Tbilisidə yüksək səviyyəli biznes forumu təşkil edilib. Tədbir hər iki ölkədən aparıcı şirkət rəhbərlərini və sənaye nümayəndələrini bi

Bank ölən şəxsin borcunu vərəsədən tələb edə bilərmi?

Son günlər sosial şəbəkələrdə vəfat edən şəxslərin kredit borcu ilə bağlı müzakirələr artıb. Paylaşımlarda iddia olunur ki, banklar vəfat edən şəxslərin kredit borclarının ödənilməsini ailə üzvlərindən tələb edir. Maraqlıdır

"PAŞA Bank" yeni kredit məhsulunu bazara çıxardı

() Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" sahibkarlıq subyektlərinin maliyyə yükünü optimallaşdırmaq və onların inkişaf imkanlarını genişləndirmək məqsədilə yeni refinans biznes krediti məhsulun


iqtisadi xeberler online pul qazanmaq bitkoin birbank dollar mezenne