"Bank of Baku" ölkəmizin bankçılıq missiyasının ilk ABŞ səfərində iştirak edib

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyasının geniş tərkibdə ABŞ-yə ilk işgüzar səfəri uğurla həyata keçirilib.
Səfərdə "Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev də iştirak edib.
Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutan səfərin əsas məqsədi bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsini təmin etmək, iki ölkənin maliyyə qurumları və kommersiya bankları arasında əməkdaşlığın inkişafına töhvə verməkdir. 
Səfər zamanı ilk olaraq ABŞ Dövlət Departamentində, daha sonra digər bir sıra mühüm qurumlarda dövlət rəsmiləri və ABŞ banklarının nümayəndələri ilə görüşlər keçirilib.
Müxtəlif mövzularda təqdimatlar edilib, bank sektoruna dair müasir həllər, süni intellektin bu sahədə tətbiq imkanları, müxbir bank əlaqələrinin qurulması, həmçinin biznes, maliyyə, bank sektoru ilə əlaqədar əhəmiyyətli mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bu səfərin iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmləndirilməsində əhəmiyyəti də vurğulanıb.
Qeyd edək ki, "Bank of Baku" 30 illik fəaliyyətə malik aparıcı Azərbaycan banklarındandır və 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə müxtəlif istiqamətlərdə bank xidmətləri təqdim edir. / marja.az

Banklar     Baxılıb: 27   Tarix: 28 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

"PASHA Bank Türkiye" Azərbaycanın fond bazarından $25 milyonluq vəsait cəlb edir

"PASHA Holding" MMC-nin Türkiyədəki törəmə bankı "PASHA Yatırım Bankası Anonim Şirketi" (PASHA Bank Türkiye) Azərbaycanın fond bazarından vəsait cəlb etməyi planlaşdırır. -ın əldə etdiyi məlumata əsasən

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu

Ölkənin birinci Bankı Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu. Laçın şəhəri, Heydər Əliyev küçəsi 87 ünvanında fəaliyyətə başlayan filialın açılışında prezidentin Laçın şəhərində xüsusi nümayəndəliyinin rəsmis

"Birkart" BOKT-ın xalis zərəri 2 dəfədən çox azalıb

"Birkart" BOKT MMC 2023-cü ili 117 min 278 manat xalis zərər ilə başa vurub. Təşkilat 2022-ci ili 265 min 413 manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Birkart" BOKT-ın xalis zərəri 2,3 dəf

Mərkəzi Bankın sədri sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb

Mərkəzi Bankın sədri Taleh Kazımovun sığorta şirkətlərinin rəhbərləri ilə növbəti görüşü keçirilib. Görüş zamanı cari ilin birinci rübünün nəticələri və sektorun inkişaf perspektivləri müzakirə olunub. . VTB-də minimal fai

"Güzəştli kreditlərin istifadəsində təyinatdan kənarlaşmalar olur" - MÜSAHİBƏ

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyevin müsahibəsi:. - Osman müəllim, ötən il SİF-in xətti ilə sahibkarlara 194 milyon manata yaxın güzəştli kredit verilib

Beynəlxalq reytinq agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb

Moody"s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında yüksək göstəricilərdən biri hesab olunur. Agentlik bankın yerli v

ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən "Karyera Həftəsi" başa çatdı

ABB-nin tərəfdaşlığı ilə ADA Universitetində keçirilən "Karyera Həftəsi" başa çatıb. "Karyera Həftəsi"nə ümumilikdə 137-dən çox qurum qatılıb. Tədbir ərzində müxtəlif biznes qurumlarının, o cümlədən ABB-ni

Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı

götürmək sizə aşağıdakı üstünlükləri verir:. - illik 11%-dən başlayan kredit əldə etmək;. - 50 00 AZN-dək məbləğ;. - günlük 1.23 AZN-dən başlayan ödəniş;. - sığorta xərci yoxdur;. - zamin tələbi yoxdur;. - kreditin ödəni

BOKT "ASET Maliyyə Texnologiyaları" zərərini 2 dəfə azaldıb

Bank Olmayan Kredit Təşkilatı "ASET Maliyyə Texnologiyaları" MMC 2023-cü ili 40 min manata yaxın xalis zərər ilə başa vurub. Təşkilat 2022-ci ili 81 min manat xalis zərər ilə bağlamışdı. Zərərin azalması gəlirləri


iqtisadi xeberler dollar mezenne bitcoin qiymeti rubl mezenne biznes krediti