Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi 

 Bank Respublika ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi ®22 aprel 2024-cü il tarixindən başlayaraq, Azərbaycan Bankçılıq Missiyası bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədi ilə Amerika Birləşmiş Ştatlarına ilk işgüzar səfərini həyata keçirib.
Bu missiya, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər nümayəndələrinin, bir sıra bankların sədrlərinin, o cümlədən "Bank Respublika"ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimovun iştirakı ilə reallaşır.
Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə
Missiyanın əsas məqsədi ABŞ və Azərbaycan arasında maliyyə sahəsində əməkdaşlığı gücləndirməkdir.
Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatasının (AmCham) təşkilati dəstəyi ilə səfər çərçivəsində ABŞ Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib.
ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında "DFC maliyyələşdirməsinə əlçatanlıq: qaydalar və tənzimləmələr" mövzusunda ikitərəfli görüş keçirilib. Tədbir zamanı DFC ilə gələcək əməkdaşlıq imkanları, qurumun maliyyələşdirməyə maraqlı olduğu prioritet sahələr müzakirə edilib.
Azərbaycan bankçılıq missiyasının növbəti görüşlərində "Exim Bank" və "Bank of New York Mellon" (BNY Mellon) kimi nüfuzlu qurumlarla əməkdaşlıq imkanları və iş birliyi sahələri müzakirə olunub. Görüşlərdə bankların təcrübələri, mümkün risklərin idarə edilməsi, komplayns məsələləri və süni intellektin bank əməliyyatlarında tətbiqi haqqında məlumatlar paylaşılıb.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan – Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə – "Stabil" proqnozlu "B2" reytinqinə (Moody"s) malikdir. / banker.az

Banklar     Baxılıb: 50   Tarix: 27 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Yapı Kredi Bank Azərbaycan QSC "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi çərçivəsində 18 kq-a yaxın batareya təhvil verdi

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Qırmızı Ürəklər" fondunun birgə təşkilatçılığı ilə keçirilən "Batareyaları təhvil ver, təbiəti qoru"  layihəsinə  Yapı Kredi Bank Azərbaycan da qoşulu

Mərkəzi Bank 2 sığorta şirkətinin vəzifəli şəxsini cərimələyib

Mərkəzi Bank "PAŞA Sığorta" ASC-nin vvə "Atəşgah Həyat" Sığorta Şirkəti ASC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbule dib. Marja Mərkəzi Banka istinadən xəbər verir ki

Bu il 62 milyonluq güzəştli kredit verilib

Bu ilin ilk dörd ayı ərzində Azərbaycanda 1684 layihənin maliyyələşdirilməsinə 61,3 milyon manat güzəştli kredit verilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan (SİF) bildirilib. Təcil

Kapital Bank-ın dəstəyi ilə "My Technology" layihəsinə start verildi

Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 10 və 11-ci sinif şagirdlərini, eləcə də onları

"Bank Respublika"da yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbəti ümumi yığıncağı 24 iyun 2024-cü il tarixdə saat 12:00-da Xaqani  küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində keçiriləcək. xəbər verir ki, gündəlikdəki məsələlə

"AFB BANK" tenderlər elan edir

Tenderin adı: "AFB BANK " ASC tərəfindən  Liebert 20 KVA UPS  üçün akkumulyatorların    satın alınması. Tenderin elan tarixi: 13.05.2024. Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə. Tenderin son tarixi

"Güzəştli kreditlərin istifadəsində təyinatdan kənarlaşmalar olur" - MÜSAHİBƏ

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyevin müsahibəsi:. - Osman müəllim, ötən il SİF-in xətti ilə sahibkarlara 194 milyon manata yaxın güzəştli kredit verilib

Azərbaycan Mərkəzi Bankında təyinat olub

Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə bazarlarının hüquqi təminatı departamentinin direktoru vəzifəsinə təyinat olub. xəbər verir ki, bu departamentə rəhbərlik Mehriban Məmmədovaya həvalə edilib. 2024-cü ilin əvvəlin

BOKT "Effektinvest"in fəaliyyətinin nəticəsi çox effektlidir

Bank Olmayan Kredit Təşkilatı "Effektinvest" MMC 2023-cü ili 181 min 624 manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ili 2 min 864 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT "Effektinvest"i


iqtisadi xeberler bitkoin valyuta mezennesi emlak xeberleri valyuta xeberleri