AccessBank 2022-ci il üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2022-ci il üzrə maliyyə hesabatını açıqlayır®Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayır. 
Ətraflı məlumat əldə etmək üçün:
Bank, 2022 ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub. AccessBank 2022-ci il ərzində əməliyyat gəlirlərində kəskin artıma nail olub.  
Bankın aktivləri rüb ərzində 11.1%, ilin əvvəlindən isə 25.4% artıb. Hazırda 1.2 milyard manat təşkil edir.
Kredit portfeli rüb ərzində 6.3%, ilin əvvəlindən isə 28.6% artıb. Hazırda 813.5 milyon manat təşkil edir.
Kredit portfelinin 78%-ni biznesə ayrılmış kreditlər təşkil edir. İl ərzində biznes portfeli 17.5% və ya 95 milyon manat artıb. İl ərzində verilmiş biznes kreditlərinin 57%-i regionların payına düşür. 
Depozit portfeli rüb ərzində 7.2%, ilin əvvəlindən isə 24.7% artıb. Hazırda 860 milyon manat təşkil edir. 
Əhalinin müddətli əmanətləri rüb ərzində 7.7%, ilin əvvəlindən isə 29% artıb. Hazırda 597 milyon manat təşkil edir.
Faiz gəlirləri 2021-ci il ilə müqayisədə 39% artaraq 140 milyon manatı ötüb. Xalis faiz gəlirləri isə 2021-ci il ilə müqayisədə 52% artaraq 82 milyon manata yüksəlib. 
Qeyri-faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% artaraq 13 milyon manatı ötüb. 
Xalis əməliyyat mənfəəti dəfələrlə artaraq 23 milyon manata çatıb. Təkcə 4-cü rüb ərzində bankın xalis əməliyyat mənfəəti cari ilin 3-cü rübü ilə müqayisədə 75% artıb. 
Bankın 2022-ci il üzrə yekun xalis mənfəəti də 2021-ci ilin nəticəsi ilə müqayisədə dəfələrlə artaraq 15 milyon manata çatıb. 4-cü rüb ərzində bankın xalis mənfəəti cari ilin 3-ci rübü ilə müqayisədə 3 dəfəyə qədər artıb. 
Bankın məcmu kapitalı son 1 il ərzində 27% və ya 21.5 milyon manat artaraq 101 milyon manatı ötüb. Bu da AMB-ın tələb etdiyi minimum normadan 2 dəfə artıqdır. Artım həm səhmdarların əlavə kapital inyeksiyası, həm də bankın qazandığı mənfəət hesabına mümkün olmuşdur. Belə ki, 2022-ci ilin noyabr ayında Bank mövcud səhmdarlarının yeni investisiyası hesabına kapital bazasını 11.4 milyon manat artırıb.
Bankın likvidlik əmsalı 64.1% təşkil edir ki, bu AMB-ın tələb etdiyi minimum normadan (30%) 2 dəfə yüksəkdir. 
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bankın illik göstəricilərini şərh edib:"Komandamız 2022-ci ildə də biznes və pərakəndə müştərilərimizi dəstəkləməyə davam etdi. Onların fədakarlığı Bankın 2022-ci ilin 12 ayı ərzində 15 milyon manat mənfəət əldə etməsinə, həmçinin kredit portfelimizin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. 2022-ci ildə AccessBank-ın aktivləri 1 milyard manat həddini keçərək daha da böyüdü. Əminik ki, bu il AccessBank-ı təkmilləşdirəcək, yüksək nəticələri davamlı olaraq göstərəcək və gələcək illərdə də Azərbaycanda mikro və kiçik biznesi dəstəkləməyə davam edəcəyik".
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir. 
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar. / banker.az

Banklar     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

ABŞ-nin JPMorgan, U.S. Bank, Wells Fargo və digər iri banklarında kütləvi texniki nasazlıq yaranıb

JPMorgan Chase noyabrın 16-da, bazar ertəsi texniki nasazlıq səbəbindən bəzi müştəri əməliyyatlarının adi vaxtdan daha uzun müddət ərzində həyata keçirildiyini açıqlayıb. Bankın nümayəndəsinin sözlərinə görə, problem yerl

Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ

Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil

BSTDB-nin Azərbaycandakı layihələrə ayırdığı vəsait €723 milyona yaxınlaşıb

Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Azərbaycandakı layihələr üzrə faktiki ödənişlərinin həcmi 2026-cı ilin oktyabr ayının sonuna 722,8 milyon avroya çatıb. Bu, sentyabrın sonu ilə müqayisədə 11 milyon avro və y

Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik

İdentifikasiya SİMA İmza tətbiqi vasitəsilə terminal ekranında əks olunan QR kodun skan edilməsi yolu ilə həyata keçirilir. 16 noyabr 2026-cı il, saat 00:00-dan etibarən "Expresspay" ödəniş terminallarında 500 AZN-də

Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB daha bir mükəmməl səyahət həllini – ABB AZAL Miles Business kartlarını bazara təqdim edib. ABB AZAL Miles Business kartı hüquqi şəxslər, fərdi sahikarlar və onların əməkdaşlar

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır

Azərbaycanda biznesin maliyyələşdirilməsində bank kreditlərinin üstünlüyü artmaqda davam edir. Korporativ istiqraz bazarı genişlənsə də, onun biznes kreditləri ilə müqayisədə həcmi kiçilir. xəbər verir ki, bu barədə Bak

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

Bank olmayan kredit təşkilatına lisenziya verilib

Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununa (Qanun) əsasən, "HERMES Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətin


iqtisadi xeberler depozit faizleri valyuta kurslari pul qazanmaq avtomobil xeberleri