Cash Back nədir?
Xərclədiyimiz pulların bir qisminin geri qayıtması sisteminə "cash back" deyilir.
Bəzən istifadə etdiyimiz bank kartları ilə, bəzənsə nağd ödənişlər zamanı geri qayıdan keş bekləri hesabımıza yükləyə və yaxud da kommunal və internet xərclərimiz üçün istifadə edə bilərik.
Bəs "cash back"lar daha çox qazanıla bilərmi? Əlbəttə. Bankların keş bek sistemləri fərqlidir və bu fərqlər onların əməkdaşlıq etdiyi şirkətlərə görə də dəyişir. Yəni banklar əməkdaşlıq etdiyi şirkətlərə daha çox "cash back" faizi qoya bilərlər. Biz də həmin şirkətlərdə pul xərclədikdə həmin faizə uyğun "cash back" geri qayıdır.
"Cash back"lar necə bu qədər geniş yayıldı və doğrudanmı bizə xeyir gətirir? – deyə soruşsanız, əminliklə deyə bilərik ki, keş beklər üçün heç bir əlavə xərc tələb olunmur. Geniş yayılmasının səbəbi, aydın məsələdir ki, insanların qənaət üçün yaxşı fikir olduğunu və xərclərini azaltdıqlarını görməsidir.
Şirkətlər isə bir növ reklam məqsədilə edir bunu. Yəni yaxşı faizlə "cash back" vermək şirkətlərə qismən az gəlir gətirə bilər, lakin daha çox müştəri qazandırır. Bu səbəbdən "cash back" sistemi həm müştərilər, həm də şirkətlər üçün gəlir mənbəyi olaraq görülür.

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Dünyanın ən varlı 10 müğənnisi
Az pulla hansı işi qurmaq olar?
CV-nin tərtib edilməsi prinsipləri
Bitcoin necə işləyir?
"iPhone 15" modelinin üstünlükləri