CV-nin tərtib edilməsi prinsipləri

CV-nin tərtib edilməsi prinsipləriİş tapmaq üçün vacib olan tələblərdən biri baxımlı CV-nin olmasıdır. İşəgötürənlərlə tanışlıqdan qabaq özünü yaxşı və qiymətli işçi kimi təqdim etmək mütləqdir. Biznes.az melumat verir ki, bunun üçün yaxşı düşünülmüş CV tərtib etmək lazımdır.

CV nədir?

CV - qısa şəkildə karyera tarixçəsini və iş axtaranın peşəkar keyfiyyətlərini təsvir edən bir sənəddir. Ondan iş axtarışlarında və işə düzəlmək məqsədilə istifadə olunur. CV iş axtaran tərəfindən tərtib olunub bilavasitə işverənlərə təqdim olunur, poçt vasitəsilə göndərilir və ya işverənlərin sifarişi ilə personalın seçilməsi və işə götürülməsi ilə məşğul olan vasitəçi firmalara verilir. CV reklam xarakteri daşıyır. Onun mahiyyəti - işverəni qabaqcadan iş axtaranın professional keyfiyyətlərilə tanış etmək, diqqəti həmin iş axtarana cəlb etmək, işverəni maraqlandırmaq və görüşə sövq etməkdir.

CV necə doldurulmalıdır?

1) Qısa bioqrafik məlumat
Ad, soyad
Yaş
Doğum yeri və tarixi
Doğma dil
Cins
Ailə vəziyyəti
Uşaqların sayı və yaşı
Ünvan - yaşadığınız yerin ünvanını qeyd edin, əgər orada qeydiyyatda deyilsinizsə o zaman qeydiyyatda olduğunuz yerin ünvanını yazın
E-mail ünvanı
Telefon nömrəsi - sizi asan tapa biləcəkləri bir nömrə qeyd etməlisiniz. Əlavə olaraq digər nömrələr də yaza bilərsiniz. Əgər CV-ni digər başqa bir dövlətə göndərəcəksinizsə, o zaman öz ölkənizin beynəlxalq kodunu daxil etməlisiniz.
CV-nin tərtib edilməsi prinsipləri

Klassik CV, yoxsa infoqrafik CV?

İşəgötürənin diqqətini çəkmək istəyirsinizsə, CV-ni ingiliscə yazmalısınız. Niyə? Çünki diqqət etsəniz, ölkəmizdəki bütün işəgötürənlər mütləq şirkətdə müəyyən bir səviyyədə ingilis dilində danışıq bacarığını istəyirlər. Təbii ki, ingilis dilinizi sübut etməyin ən asan yolu ingiliscə CV hazırlamaqdır. Beləliklə, işə götürənlərin beyinlərindəki sual işarələrini ən başda azaltmış olursunuz. Amma müsahibəyə gedərkən belə özünüzlə CV aparmağı unutmayın. Əgər həm ingiliscə, həm də azərbaycanca CV verərsəniz, bunun özü bir üstünlük sayılacaqdır.
Azərbaycandakı CV-lərin təxminən 99% -i klassik CV nümunələri şəklində hazırlanır, ya standart Microsoft Word-də CV hazırlığı şəklində və ya karyera saytlarından CV hazırlıq forması / hazır CV nümunələri endirilərək hazırlanır. Əlbəttə ki, bu cür formatlar eyni CV strukturlarının istifadəsinə və bir-birinə bənzər CV strukturlarının yayılmasına səbəb olur.

CV hansı tələblərə cavab verməlidir?

Biznes.az melumat verir ki, mətnin həcmi 2 səhifədən çox olmamalıdır.
Yalnız işə aid olanları qeyd edin. Yersiz detallara və təfsilatlara yol verməyin
Yalnız isbat edə biləcəyiniz məlumatları qələmə alın.
Çalışın ki, özünüz haqda müsbət rəy yaradasınız. Yalnız pozitiv keyfiyyətlərinizi və güclü tərəflərinizi qeyd edin, əldə etdiyiniz nailiyyətləri vurğulayın.
İnformasiyanı xronoloji ardıcıllıqla təsvir edin, heç nəyi buraxmayın.
Dəqiq ifadələrdən istifadə edin, ara sözlərə və anlaşılmaz ixtisarlara qəti surətdə yol verməyin.
CV-nin tərtib edilməsi prinsipləri

Biznes     Tarix: 29 oktyabr 2025

Oxşar xəbərlər

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara


iqtisadi xeberler bitcoin qiymeti iqtisadiyyat xeberleri investisiya bitkoin almaq