Dünyanın ən varlı 10 adamı

Dünyanın ən varlı 10 adamıDünyanın ən zəngin adamlarının reytinqində lider "Louis Vuitton Moët Hennessy" şirkətlər qrupunun prezidenti və baş icraçı direktoru Bernar Arnodur. Biznes.az məlumat verir ki, o, İlon Mask və Ceff Bezosu qabaqlayaraq birinci yerdədir. Dünyanın ən varlı adamlarının siyahısını sizə təqdim edirik:

1. Bernar Arno – 211.8 milyard dollar

2023-cü ildə reytinqin lideri LVMH-nin rəhbəri Bernar Arnodur. O, 53 milyard dollar qazanıb ki, bu da bütün milyarderlərin qazancından çoxdur. Fransız maqnat ilk dəfədir dünyada milyarderlərin siyahısına başçılıq edib. LVMH-nin gəliri, qazancı və səhmləri rekord həddə çatır və bu, Arnaultun sərvətinin son 12 ayda 53 milyard dollar artmasına kömək edir.
Dünyanın ən varlı 10 adamı

2. İlon Mask – 180 milyard dollar

Mask "Tesla" şirkətinink ən böyük səhmdarıdır. O, "Tesla"nın təxminən 23%-nə sahibdir, lakin səhmlərin yarıdan çoxu kreditlər üçün girov qoyulub. O, həmçinin 2002-ci ildə qurulan SpaceX-də də pay sahibidir. 2022-ci ilin may ayında maliyyələşdirmə turundan sonra şirkətin sərvəti 127 milyard dollara çatdı - Mask üç il ərzində öz payının dəyərini dörd dəfə artırdı. Milyarder "Twitter"i 44 milyard dollara aldığını elan etdikdən sonra "Tesla"nın səhmləri təxminən 50% ucuzlaşıb.

3. Ceff Bezos – 114 milyard dollar

Ceff Bezos "Amazon" onlayn mağazasının yaradıcısıdır. Bu gün o, dünyanın ən böyük onlayn pərakəndə satış şirkətlərindən biridir. 2022-ci illə müqayisədə üçüncü yerdə qərarlaşıb. 2022-ci ilə qədər Bezos dörd il ərzində dünyanın ən zəngin milyarderlərinin reytinqinə başçılıq edirdi. Keçən il o, qeyri-kommersiya təşkilatlarına 400 milyon dollardan çox səhm bağışlayıb.

4. Larri Ellison – 107 milyard dollar

Larri Ellison 1977-ci ildə ilk müştərisi CIA olan proqram təminatı istehsalçısı "Oracle"ı qurdu. 1986-cı ildə şirkət IPO keçirdi və 31,5 milyon dollar topladı. Şirkət "Microsoft"dan bir gün əvvəl səhmlərini birjaya çıxardı. Ellison 2018-ci ilin dekabrından 2022-ci ilin avqustuna qədər "Tesla"nın direktorlar şurasında çalışıb. O, hələ də elektrikli avtomobil istehsalçısının təxminən 15 milyon səhminə sahibdir.

5. Uorren Baffett – 106 milyard dollar

Uorren Baffett batareya istehsalçısı "Duracell" və "Dairy Queen" restoran şəbəkəsi də daxil olmaqla, 60-dan çox şirkətdə pay sahibi olan "Berkshire Hathaway" investisiya evini idarə edir. O, ilk səhmlərini 11 yaşında alıb və ilk vergilərini 13 yaşında verib. Uzun ömrü ərzində o, investisiyalar sahəsində mübahisəsiz avtoritet oldu.

6. Bill Qeyts – 104 milyard dollar

Bill Qeyts həyat yoldaşı Melinda ilə birlikdə dünyanın ən böyük özəl xeyriyyə fonduna rəhbərlik edir. Təşkilatın işi qlobal səhiyyə sisteminin təkmilləşdirilməsinə yönəlib və xüsusilə koronavirus pandemiyası fonunda aktuallaşıb - iş adamı universal peyvəndin əhəmiyyəti ideyasının uzun müddətdir təbliğatçısıdır və bu gün peyvəndin inkişafını fəal şəkildə maliyyələşdirir. Qeyts bu günə qədər fonduna 59 milyard dollardan çox ianə edib.

7. Maykl Blumberq – 94.5 milyard dollar

Cons Hopkins Universitetində təhsil haqqını ödəmək üçün gənc Maykl Blumberq banklardan borc götürməli və dayanacaqda qulluqçu işləməli idi. Harvarddan MBA dərəcəsi aldıqdan sonra Blumberq 1966-cı ildə "Salamon Brothers" investisiya bankında işə düzəldi. Blumberq işdən çıxma haqqının, demək olar ki, yarısını öz layihəsini işə salmaq üçün xərcləyib. 1981-ci ildə o, sonradan "Bloomberg LP" adlandırılan "İnnovativ Market Systems" şirkətini qurdu və onun əsas sahibi olaraq qalır. Bu gün biznes hər il 10 milyard dollara qədər gəlir gətirir.

8. Karlos Slim Elu və ailəsi – 93 milyard dollar

Karlos Slim Elu Meksikanın ən zəngin adamıdır. O, "America Movil"ə (Latın Amerikasının ən böyük telekommunikasiya operatoru) nəzarət edir və Meksika şirkətlərində tikinti, istehlak malları, mədənçıxarma və pərakəndə satış sektorlarında paylara sahibdir. Milyarder Amerikanın "The New York Times" qəzetində də 17%-ə sahibdir. Slim və ailəsi Latın Amerikasının ən böyük konqlomeratlarından biri olan və onun sərvətinin 8%-dən çoxunu təmsil edən "Grupo Carso"nun 79%-nə sahibdir.

9. Mukeş Ambani – 83.4 milyard dollar

Qautam Adani sərvətinin əhəmiyyətli bir hissəsini itirəndə Ambani Asiyanın ən varlı adamı kimi yerini bərpa etdi. Keçən il Ambaninin neft nəhəngi "Reliance Industries" gəliri 100 milyard dolları keçən ilk Hindistan şirkəti oldu.

10. Stiv Balmer – 80.7 milyard dollar

Biznes.az məlumat verir ki, Stiv Balmer "Microsoft"un keçmiş baş direktorudur. Harvardda oxuyarkən tanış olduğu Bill Qeytsin dəvəti ilə 1980-ci ildə şirkətə qoşulub. MS-DOS və Windows-un ilk versiyalarının hazırlanmasına məhz o rəhbərlik etmişdir. Milyarder NBA-nın altıncı ən dəyərli komandası olan "Los Angeles Clippers" üçün 2 milyard dollarlıq arena tikir və bu arena 2024-cü ildə hazır olacaq. Keçmiş "Microsoft" SEO-nun xalis sərvəti son bir ildə 10 milyard dollar azalıb, bu, əsasən "Microsoft" səhmlərinin azalması ilə əlaqədardır.
Dünyanın ən varlı 10 adamı

Biznes     Tarix: 26 oktyabr 2025

Oxşar xəbərlər

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara


iqtisadi xeberler depozit faizleri bitcoin qiymeti dollar məzənnəsi en son xeberler