Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür

Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür"Sədərək" Ticarət Mərkəzində alıcı qıtlığının yaşandığı və sahibkarların çətinlik çəkdiyi iddia olunur.
FED.az xəbər verir ki, iddialara görə, vaxtilə alıcı sıxlığı ilə tanınan bazarda hazırda ticarət xeyli zəifləyib. Sahibkarlar həm icarə haqlarını ödəməkdə, həm də alıcılığın azalması səbəbindən çətinlik çəkirlər.
Maraqlıdır, "Sədərək" TM-də alıcı qıtlığının yaranmasının səbəbi nədir? Alıcılar nə üçün artıq "Sədərək"ə üz tutmurlar? Alıcı qıtlığının yaşanması onlayn ticarətə marağın artması, yoxsa bazardakı qiymətlərin şəhərdəki mağazalardan fərqlənməməsi ilə bağlıdır?
Marketoloq Elxan Mərdanlı bildirib ki, alıcının böyük bazara getmək qərarını bu gün daha çox qiymət fərqi müəyyən edir:
"Sədərək" və ya "Binə" bazarlarında eyni məhsulu xeyli ucuz almaq mümkündürsə, alıcı yol getməyə və vaxt sərf etməyə hazırdır. Qiymət fərqi azaldıqda isə evinə yaxın mağazadan almağı və ya onlayn sifariş etməyi üstün tuta bilər. Böyük bazarlar topdansatış və bir səfərdə bir neçə məhsul almaq istəyənlər üçün hələ də cəlbedicidir. "Sədərək"dən yayılan videolar isə ziyarətçi sayının və satışın nə qədər dəyişdiyini müəyyən etmək üçün kifayət etmir".
Marketoloq vurğulayıb ki, burada nəzərə alınmalı amillərdən biri quru sərhədlərində sərnişin keçidinə tətbiq edilən məhdudiyyətlərdir:
"Əvvəllər xüsusilə Dağıstandan, eləcə də Gürcüstandan quru yolla gəlib bu bazarlardan alış-veriş edən müştərilər var idi. Onların arasında həm şəxsi ehtiyacları üçün alış edənlər, həm də satış üçün mal götürən kiçik tacirlər olurdu. Quru yolla səfər imkanının məhdudlaşması həmin müştərilərin bir hissəsi üçün Bakıya alış-verişə gəlməyi çətinləşdirib. Bu təsir xüsusilə həmin alıcılarla müntəzəm işləyən satıcılarda hiss oluna bilər".
Elxan Mərdanlı malların idxal xərcləri məsələsinə də diqqət çəkib:
"Satış üçün gətirilən mal kommersiya idxalı qaydasında bəyan edilir və şəxsi istifadə üçün nəzərdə tutulan poçt və bağlama güzəşti ona şamil olunmur. Əvvəllər daha aşağı xərclə tədarük olunan məhsul üzrə tətbiq edilən gömrük ödənişləri və rəsmiləşdirmə xərcləri artdıqda, satıcı bu fərqin bir hissəsini son qiymətə keçirə bilər. Bu da müəyyən məhsul qruplarında bazarın qiymət üstünlüyünü azalda bilər. Təsirin ölçüsü məhsuldan və tədarük üsulundan asılıdır.
Ailə büdcəsində də dəyişiklik var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk on ayında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5.6 faiz, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə isə 6.8 faiz artıb. Gündəlik xərclər artanda ailələrin bir hissəsi geyim, ayaqqabı və ev əşyası alışını təxirə salır, daha ucuz variant axtarır və ya kampaniya gözləyir", – deyə ekspert bildirib.
"Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim səsləndirilən fikirlərə münasibət bildirib və yayılan iddiaları təkzib edib:
"Yayılan məlumatlar tamamilə yanlışdır. "Sədərək" Ticarət Mərkəzində işlər öz axarı ilə davam edir. Bəzi günlər alıcıların sayı az ola bilər. Ancaq həftəsonu burada adam əlindən tərpənmək olmur".
Kəmaləddin Qədim mağazaların bağlanması ilə bağlı iddiaların da həqiqəti əks etdirmədiyini bildirib:
"Gəlin, baxın, görün burada bağlı mağaza var? Mağazaların bağlanması ilə bağlı iddiaları birmənalı şəkildə təkzib edirəm".

Biznes     Tarix: 22 noyabr 2026

Oxşar xəbərlər

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür

Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Bu xəstəliklə mübarizədə vaxtında müayinə və erkən aşkarlanma mühüm rol oynadığı kimi, yarana biləcək maliyyə çətinliklərinə qarşı əvvəlcədə

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir

Azərbaycan əsilli rusiyalı iş adamı, "Lukoil" neft şirkətinin təsisçisi Vahid Ələkbərov dünyanın ən varlı milyarderlərinin reytinqində 77-ci yerdə qərarlaşıb. Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısın

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Hansı rayonun restoranları daha çox qazanır? – RAYONLAR, MƏBLƏĞLƏR, SİYAHI

Ötən il Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 808,6 milyon manat olub. Azərbaycanda restoranlarda ən çox pul xərclənən 10 region – SİYAHI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iaşə dövriyyəsi 2024-c

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını


iqtisadi xeberler pul qazanmaq bu gunun xeberleri bitcoin qiymeti dollar kursu