Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
Azərbaycan əsilli rusiyalı iş adamı, "Lukoil" neft şirkətinin təsisçisi Vahid Ələkbərov dünyanın ən varlı milyarderlərinin reytinqində 77-ci yerdə qərarlaşıb.
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
FED.az xəbər verir ki, Forbes-un 21 noyabr tarixinə olan onlayn reytinqində 76 yaşlı Vahid Ələkbərovun sərvəti 29,5 milyard dollar qiymətləndirilib.
Xatırladaq ki, Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda anadan olub. O, Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. Əmək fəaliyyətinə neft sənayesində başlayan Ələkbərov sonradan Sovet İttifaqının neft-qaz sektorunda rəhbər vəzifələrdə çalışıb.
1991-ci ildə o, Rusiyada üç iri neft hasilatı müəssisəsinin birləşdirilməsi əsasında "Lukoil" şirkətini yaradıb. Şirkət sonradan Rusiyanın ən böyük müstəqil neft şirkətlərindən birinə çevrilib.
Ələkbərov uzun illər "Lukoil" şirkətinə rəhbərlik edib. O, 1993-cü ildən şirkətin prezidenti olub, 2022-ci ilin aprelində isə bu vəzifədən istefa verib. Forbes-un məlumatına görə, onun şirkətdəki payı təxminən 30 faizdir. (Trend)

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
"iPhone 15" modelinin üstünlükləri
Kriptovalyuta nədir və necə alınır?
İKEA şirkətinin tarixi
Green Card nədir və onu necə əldə etmək olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?