Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyirAvropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər.
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundova "EU Business Climate Report Azerbaijan 2025/2026" hesabatını təqdim edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanda yerli islahatlar və bərabər rəqabət şəraiti ilə bağlı müzakirə və sorğuların nəticələrinə əsasən, ən effektiv üç dövlət qurumu Dövlət Vergi Xidməti, Dövlət Miqrasiya Xidməti və Dövlət Gömrük Komitəsi hesab olunur.
"Maraqlıdır ki, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi eyni zamanda fəaliyyəti çətin hesab edilən qurumlar sırasında da yer alır. Bu, araşdırma zamanı əldə etdiyimiz maraqlı nəticələrdən biridir.
Bu nəticə sözügedən qurumların səmərəli fəaliyyət göstərdiyini təsdiqləsə də, şirkətlər onlardan biznesə daha çox dəstək vermələrini gözləyirlər. Yəni bu qurumlar yalnız gəlir mənbəyi kimi deyil, həm də biznesin inkişafına töhfə verən tərəfdaşlar kimi çıxış etməlidirlər", – deyə o qeyd edib.
A.Axundova bildirib ki, ən effektiv elektron xidmətlər sırasında "ASAN İmza", "SİMA", "MyGov ID", notariat, miqrasiya və digər "ASAN xidmət" platformaları yer alıb. Nəticələr göstərir ki, istifadəçilər tərəfindən daha faydalı hesab edilən xidmətlər, əsasən, yaxşı tanınan və geniş istifadə olunan xidmətlərdir. Daha az tanınan elektron xidmətlərin isə ictimaiyyət arasında tanıdılması və görünürlüğünün artırılması vacibdir.
O, Avropa şirkətləri üçün bərabər rəqabət şəraitinin yaxşılaşdırılması məqsədilə müsahibə və sorğular zamanı bir neçə əsas məsələnin önə çıxdığını bildirib. Bunlara dövlət tenderlərində iştirak imkanlarının təmin edilməsi, investisiyaların qorunması və investorlarla dialoqun gücləndirilməsi, rəqabətin effektiv tənzimlənməsi və müvafiq qaydaların icrası, eləcə də kommersiya tərəfdaşlarına və müştərilərə çıxış imkanlarının genişləndirilməsi daxildir.
A.Axundovanın sözlərinə görə, hesabatda qarşıdakı dövr üçün bir sıra prioritet istiqamətlər də müəyyən edilib. Bunlar dövlət tenderləri üzrə qayda və prosedurların, vergi siyasəti və vergi inzibatçılığının, gömrük əməliyyatlarının təkmilləşdirilməsi, investorlarla bağlı məsələlərdə qanunun aliliyinin təmin edilməsidir.
Bununla yanaşı, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi, təhsilin gücləndirilməsi və logistika sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi də diqqət yetirilməli olan istiqamətlər sırasındadır. (Report)

Biznes     Tarix: 21 oktyabr 2026

Oxşar xəbərlər

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Azərbaycan 24 ilin şirkəti sərmayəsindən 900 min manat – GÖTÜRDÜ

"Modern Construction Group" MMC (VÖEN: 1300144301) nizamnamə kapitalını azaldıb. Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkəti

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR

"Bakı Biznes Mərkəzi" MMC Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Nazirlər Kabineti "Bakı Biznes Mərkəzi" MMC-nin Mədəniyyət Nazirliyinin tabeliyin

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

ATİB nümayəndə heyəti "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasim

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

Xaricə ixracı ən çox artıb-azalan dövlət şirkətləri – SİYAHI, MƏBLƏĞLƏR, MÜQAYİSƏ

Bu ilin yanvar-avqust aylarında bir sıra qeyri-neft sektoru üzrə dövlət şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə artım, bəzilərində isə azalma müşahidə olunub. Əsas ixracatçı dövlət və özəl şirkətlərin yeni reytinq

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı


iqtisadi xeberler iqtisadiyyat xeberleri internetden pul qazanmaq dollarin kursu bu gun kicik biznes