Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?

Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?İstər maraq dairəmiz, istərsə də ixtisaslaşdığımız sahələrə görə dəyişə bilən seçimdir. Yəni hazır bizneslər içərisində də öz biznesimizi yaradıb, həmin sahəyə yeniliklər gətirməklə hazır bizneslərdən daha uğurlu ola bilərik. Buraya, həmçinin hazır biznesin alınıb davam etdirilməsi də daxildir.

Yaxud da 0-dan ölkə bazarına daxil ola və bazarda özümüzə yer edib, digər seqmetinin ən yaxşı hazır biznesləri kimi öz sahəmizin hazır biznesi səviyyəsinə gələ bilərik.
Əgər siz də hazır bizneslə, yeni biznes arasında seçim edə bilmirsinizsə, işinizə yarayacaq bir neçə nüansı sizin üçün qeyd edək.
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?Hazır bizneslər bazarda müəyyən qədər özünə yer edən, hazır əlaqələri olan biznesdir. Əgər hazır biznesə başlamaq istəsəniz, mövcud olan bizneslərdən hansınasa ya ortaq olaraq, ya alqı-satqı ilə, ya da özünüz məkan, komanda olaraq başlayırsınız.

Hazır biznesin alqı-satqısı, yaxud da ortaqlığı asan görünə bilər. Hazır biznes sizə hazır komanda, stabil gəlir qazandıra bilər, lakin onu əldə saxlamaq və artırmaq olduqca çətindir.
Sizə qarşı hazır biznesdə etibar, güvən yaratmaq sizdən aslıdır. Gətirəcəyiniz yeniliklər hazır biznesi daha da böyüdə, müştəri bazasını genişləndirə, gəlir faizini artıra bilər.
Əgər hazır biznesin rahatlığına və hazır bazasına arxalansanız, bunların əksi də sizi qarşılayacaq.

Hazır biznesə özümüzün başlaması isə, 0-dan biznes yaratmaqla eynidir. İstər var olan biznesə özünüz başlayın, istərsə də ölkədə olmayan sahəni ölkədə yaradın hər ikisi üçün yaxşı araşdırılmış biznes plana ehtiyacınız olacaq.
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?Yaxşı biznes plan haqqında bu linkə keçid edərək öyrənə bilərsiniz:
https://biznes.az/biznes-plani-business-plan-nece-yazmaq-lazimdir-13312
Sıfırdan biznes yaratdıqda ölkə bazarını yaxşı araşdırmaq, əhalinin həmin sahəyə maraq faizini təxmini öyrənmək və davamlılığa əmin olmaq lazımdır. Əks halda tələsik qərarlar və başlanğıclar vaxtsız sonluqlar yarada bilər.

Qısacası, istər hazır biznesə, istərsə də yeni biznesə başlamaq üçün araşdırmaq, yeniliyə açıq olmaq və daim öyrənmək sizə uğur qazandıracaq.

Biznes     Tarix: 01 oktyabr 2025

Oxşar xəbərlər

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Şuşa restoranlarında bir ildə - 7 MİLYON MANAT HESAB VERİLİB

2025-ci ildə Şuşada ictimai iaşə dövriyyəsinin həcmi 7 milyon 51 min manat olub. . Azərbaycanda restoranlarda ən çox pul xərclənən 10 region – SİYAHI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il Şuşada restoranlard

"Araş" firmasına yeni rəhbər təyin olunub

Tibbi avadanlıq və ləvazimatların təchizatı sahəsində fəaliyyət göstərən "Araş" firmasının rəhbəri dəyişib. xəbər verir ki, şirkətin direktoru Ehtiram Fərzəlibəyov vəzifəsindən ayrılıb. Onun yerinə Əli Abdullaye

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR

"Azər Pak" MMC (VÖEN: 310013691) nizamnamə kapitalını azaldır. Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalının 8 milyo

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını


iqtisadi xeberler bitcoin bitkoin qiymeti bitcoin qiymeti investisiya