İban nədir?

İban nədir?Bank sisteminin inkişafı ilə pul köçürmələrinin aparılması xeyli irəliləyib.

Əvvəllər ölkədaxili və beynəlxalq pul köçürmələri üçün müxtəlif hesab nömrələri və müxtəlif üsullardan istifadə edilirdi. Bu gün IBAN nömrəsi ilə həm ölkədaxili, həm də beynəlxalq bank köçürmələri asanlıqla həyata keçirilə bilər. Iban nömrəsi AZE nömrəsi kimi şəxsidir.

IBAN sözü ingilis dilində "Beynəlxalq Bank Hesab Nömrəsi" deməkdir. Onun Azərbaycan dilində qarşılığı isə beynəlxalq bank hesab nömrəsidir.

IBAN bütün dünyada ingilis abreviaturası işlədildiyi, çaşqınlığa yol verməmək üçün beynəlxalq sözə çevrilib.

IBAN-dan istifadənin məqsədi beynəlxalq arenada vahid şəkildə hər bir bankdakı müştərilərin hesab nömrəsinin eyni standartda olmasıdır.

IBAN nömrəsi ilə bank köçürmələrində səhvsiz, asan və sürətli əməliyyatların aparılması məqsəd qoyulub.

IBAN nömrəsinin uzunluğu, nə qədər rəqəmdən ibarət olması hər bir ölkədə fərqli ola bilər. Bununla belə, maksimum IBAN 34 rəqəmdən ibarət olur. Azərbaycanda isə IBAN 28 simvoldan ibarətdir.
İban nədir?IBAN kodu sıralaması isə belədir:

Ölkə kodu: Ölkə kodu ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ölkənizin kodudur. İştirak edən ölkələrin öz ölkələrini təyin edən bir kodu var. Azərbaycanda bu "AZ"dir.

Yoxlama rəqəmləri: Çek rəqəmləri emitent maliyyə institutu tərəfindən təmin edilir.

Bank identifikatoru: Maliyyə institutunu müəyyən edən kod.

Əsas bank hesabı nömrəsi (BBAN): Bu, ölkədə müəyyən bir maliyyə institutunda fərdi hesabı müəyyən edən koddur. BBAN kodları 20 rəqəmdən az olmamalıdır. Əgər az olarsa, rəqəmin sonuna 0-lar əlavə olunmalıdır.

Azərbaycanda IBAN-ın tətbiqinə 2010-cu ilin 17 iyundan etibarən Mərkəzi Bankın, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Banklar Assosiasiyasının və kommersiya banklarının (Beynəlxalq Bank, Kapital Bank, Standart Bank, Unibank, Bank Respublika və Muğanbank) nümayəndələrindən ibarət işçi qrupunun yaradaılması ilə başlanılıb.

IBAN-ın istifadəsinə və hesabların yaradılmasına isə 2013-cu ilin 7 yanvarından etibarən başlanılıb.

Maliyyə     Tarix: 19 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını


iqtisadi xeberler bitkoin telefonla pul qazanmaq bu gunun xeberleri valyuta mezennesi