Amazonda satış etmək üçün bilməli olduqlarınız

Amazonda satış etmək üçün bilməli olduqlarınızAmazonda satış etmək kiçik bizneslərin qlobal bazara çıxması üçün əla şansdır.

Amazon şirkəti e-ticarətini elə sistemdə hazırlayıb ki, rahatlıqla hər kəs qeydiyyatdan keçib istifadə edə bilər. Ona görə də Amazondakı mağazaların sayı günbəgün artır və alıcı əhatəsi genişlənir.

Hər il Amazonda milyardlarla insan müxtəlif kateqoriyalardan məhsullar alırlar. Mağazanızın belə bir alış-veriş saytında olması digər alış-veriş saytlarından 5 dəfə çox insana çatmağınız deməkdir. Üstəlik, satıcının qazancı bəzi alış-veriş saytlarından da qat-qat yüksəkdir.

Bu yüksəklik Amazondakı məhsulların baha olmasına görə deyil. Amazonda mağaza sayı çox olduğu üçün sağlam rəqabət mühiti formalaşıb. Münasib qiymətə və yaxşı keyfiyyətdə məhsul düşünməyəcəyiniz qədər çox qazanc gətirir.
Amazonda satış etmək üçün bilməli olduqlarınızBəs Amazonda satışa etmək üçün nələri bilmək lazımdır?

1. Amazon saytından qeydiyyatdan keçin

Amazon satıcı hesabınız yoxdursa, əvvəlcə Amazonda satıcı hesabı kimi qeydiyyatdan keçməlisiniz. İki növ hesab mövcuddur - fərdi satıcı və ya pro satıcı. Birincisi ayda ödənişsizdir, lakin Amazon satdığınız hər bir məhsul üçün sizdən təxminən 1 dollar komissiya tutulacaq. Pro satıcısına isə daha çox əlavə funksiyalar daxildir olduğu üçün ayda 39,99 dollar ödənişlədir.

2. Satacağınız məhsulun siyahısını yaradın

Məhsullarınızı Amazon platformasına əlavə etmək üçün əvvəlcə onların siyahılarını yaratmalısınız. Siyahınızı yaratmaq üçün Amazonda bir çox bölmə var. Eyni zamanda Amazona məhsulunuzun şəkillərini də daxil etməlisiniz. Məhsullarınızı Amazona yerləşdirərkən onlar haqqında geniş məlumat verməyə və məhsul siyahınızı cəlbedici hazırlamağa çalışın. Bu məhsulunuza baxacaq Amazon alıcısında ona qarşı maraq yaradacaq.

3. İnventarınızı idarə edin

Amazon satıcıları inventarlarına xüsusi diqqət yetirməlidirlər. İnventar səviyyələri son dərəcə vacibdir. Ona görə də Amazondakı inventarınızı düzgün idarə etməyə və doldurmağa çalışın. Amazondakı məhsulunuzun inventar səviyyəsini bazarınız və satışlarınız üçün əlçatan saxlamağınız sizin üçün faydalı olacaq.
Sifarişlər verildikdə Amazonda inventar səviyyəniz avtomatik olaraq azalacaq. Məhsul siyahısı səhifəsində elementin mövcudluğunu göstərmək üçün inventar səviyyənizin müntəzəm olaraq yenilənəcəyinə əmin olun. Satış və inventar məlumatlarınızı inteqrasiya etmək üçün mürəkkəb sistemdən istifadə edə bilərsiniz.
Əgər Amazondakı məhsulun tükənəcəyini görsəniz, marketinq planınızı dəyişdirməyə çalışın və inventar səviyyənizi artırmaq üçün təchizatçılardan sifariş verin.

4. Amazondakı müştəri rəylərini izləyin

Bildiyimiz kimi, müştərilər əvvəllər məhsulu almış digər alıcıların rəylərinə mütləq baxırlar. Amazon müştəri rəyləri bu səbəbdən sizin mağazanız üçün vacibdir. Hədəf müştəriləriniz arasında qurduğunuz etibarlılıq faizi bu izləmə sayəsində arta bilər.

Məhsulunuzu alan müştərilər nələrdən razıdırsa, həmin yönləri Amazon mağazınıda daha qabarda bilərsiniz. Bu yeni alıcıların diqqətini çəkcək.

Narazı olan rəylərdə isə həmin müştərilərlə əlaqa qurmağa, onların narazılıqlarını düzəltməyə çalışın. Belə hallarda həm Amazondakı müştərinizi itirməyəcəksiniz, həm də empatiyanız sayəsində daim müştəri qazanacaqsınız.

Həmçinin Amazondakı mağazanızın sosial media hesabını yarada və sosial media platformasından da müştərilərin rəylərini analiz etmək sizə fayda verəcək.

Nəticə etibarı ilə Amazonda satışlarınızı və geri dönüşümlərinizi artırmaq üçün daha müsbət rəylər almağa, müştərilərlə daim ünsiyyət halında olmağa çalışın.

Biznes     Tarix: 09 oktyabr 2025

Oxşar xəbərlər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Eyni ünvanda yerləşən 4 şirkət – LƏĞV EDİLDİ

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 110 ünvanında yerləşən 4 şirkət ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Beauty İnn" MMC (VÖEN: 1406099651), "Veutiful" MM

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler kripto biznes krediti kicik biznes dollarin kursu bu gun