Mcdonalds françayzinqi neçiyədir?
McDonalds gəlirinə görə dünyanın ən böyük restoran şəbəkəsidir və 2016-cı ilə qədər 100-dən çox ölkədə təxminən 36.900 satış nöqtəsində gündəlik 69 milyondan çox müştəriyə xidmət göstərir.
Satış nöqtələrinin hər biri əvvəllər ilkin vaxtlarda öz bizneslərini hamburger stendi kimi başlayırdılar. Bir müddət fəaliyyət göstərdikdən sonra McDonalds françayzinqinə çevrilirdilər.
McDonalds fraçayzinqi necə aça bilərsiniz?
1. Adekvat kapitallaşdırmaya malik olduğunuzdan əmin olun.
McDonalds fraçayzinqi açmaq üçün 464,500 dollardan çox büdcəniz olmalıdır.
2. Restoran françayzinqi üçün tələb olunan sərmayəni yaxşı analiz etməli və əskik olmadığına əmin olmalısınız.
Siz tikinti və daşınmaz əmlak xərclərini, avadanlıq və işarələrin qiymətini, lisenziya və icazələrin xərclərini, geyim formasının qiymətini, sığorta xərclərini ən xırdalığına qədər nəzərə almalı və büdcənizə əlavə etməlisiniz.
3. Bazar ehtiyacını araşdırın.
McDonalds françayzinqlərinin bazardakı ehtiyacına baxmaq və françayzinq biznesinə davam etməzdən əvvəl maraq dairənizdə mövcud bazarların olub-olmadığını öyrənməli və françayzinqin yerləşdiyi yerin insan axını olduğuna fikir verməlisiniz.
Yuxarıdakı 3 bəndə əməl etdikdən sonra françayz üçün McDonaldsa ərizə yazıb göndərə bilərsiniz.
Ərizəli müraciətiniz McDonalds françayzinq komandası tərəfindən nəzərdən keçiriləcək.
Onlayn ərizənizi qəbul edildikdən sonra sizə e-poçtla təsdiq qəbzi göndəriləcək və sizdən özünüzə aid məlumatları onlara e-poçtla göndərməyiniz istənəcək.
Özünüz haqqında məlumatları göndərdikdən və maliyyə, həmçinin daxili texniki yoxlamalarınız tamamlandıqdan sonra françayzinqinizə təsdiqini alacaqsınız.
Təsdiq yalnız McDonalds françayzinq komandasının bütün tələblərinə cavab verən namizədlərə veriləcək.
Nəticə olaraq deyə bilərik ki, McDonalds françayzinq qiyməti 45.000 dollardır, əlavə investisiya xərcləri ilə birlikdə minimum 465.000 dollar büdcəniz olmalıdır.

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Shopify-da necə satışa başlamaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Elon Musk kimdir?
Biznes təlimlər və tədris üsulları