AİH-nin idarəetməsində olan şirkətlər 2026-cı ilin ilk yarısında yüksək artım və ixrac göstəriciləri - NÜMAYİŞ ETDİRİB

AİH-nin idarəetməsində olan şirkətlər 2026-cı ilin ilk yarısında yüksək artım və ixrac göstəriciləri - NÜMAYİŞ ETDİRİB"Azər-Türk Bank" ASC-nin xalis mənfəəti 50%, "Azəralüminium" MMC-nin ixracı 46%, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin ixracı isə 75%-dən çox artıb
FED.az xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsində olan "Azər-Türk Bank", "Azəralüminium" və "Azərpambıq" 2026-cı ilin ilk yarısında əsas maliyyə, istehsal və ixrac göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirib.
Hesabat dövründə "Azər-Türk Bank"ın xalis mənfəəti 50% artaraq 10,3 milyon manata çatıb, "Azəralüminium"un gəlirləri 41% artaraq 165 milyon manatı, alüminium məhsullarının ixracı isə 46% artaraq 98 milyon ABŞ dollar ötüb. "Azərpambıq"-ın ixrac həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 75,26% artaraq 34 milyon ABŞ dollarına çatıb.
Bu nəticələr AİH-nin idarəetməsində olan müəssisələrdə əməliyyat səmərəliliyinin yüksəldilməsi, maliyyə dayanıqlığının gücləndirilməsi, ixrac potensialının genişləndirilməsi və yüksək əlavə dəyər yaradan fəaliyyət istiqamətlərinin inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin müsbət nəticələrini əks etdirir.
"Azər-Türk Bank": maliyyə göstəricilərində 50% artım
"Azər-Türk Bank" 2026-cı ilin ilk altı ayında əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib. Bankın xalis mənfəəti 50% artaraq 10,3 milyon manat, əməliyyat mənfəəti isə 30% artaraq 15,3 milyon manat təşkil edib.
Hesabat dövrünün sonunda Bankın aktivləri 2 milyard manatı, kredit portfeli 828 milyon manatı, depozit portfeli isə 1,5 milyard manatı ötüb. Kapital 14,5 milyon manat artaraq 128,5 milyon manata yüksəlib.
Bankın maliyyə nəticələri ilə yanaşı, dayanıqlı bankçılıq və yaşıl maliyyələşdirmə istiqamətində fəaliyyəti də beynəlxalq səviyyədə qiymətləndirilib. "Azər-Türk Bank" Capital Finance International (CFI.co) tərəfindən "Green Banking Sustainability Pioneer Azerbaijan 2026" mükafatına layiq görülüb.
Bank, həmçinin regional maliyyə inteqrasiyasına töhfə verən IFBS 2026 forumunun rəsmi tərəfdaşı kimi çıxış edib, təhsil və insan kapitalının inkişafı, sosial məsuliyyət və enerji effektivliyinin maliyyələşdirilməsi istiqamətlərində yeni təşəbbüslər həyata keçirib.
"Azəralüminium": ixrac və mənfəətlilikdə nəzərəçarpan artım
"Azəralüminium" 2026-cı ilin ilk yarısında həm maliyyə, həm də ixrac göstəricilərində yüksək dinamika nümayiş etdirib.
Şirkətin gəlirləri 41% artaraq 165 milyon manatdan çox, EBITDA göstəricisi 41 milyon manat təşkil edib. Mənfəətlilik göstəricisi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 151% yüksəlib.
Alüminium məhsullarının ixracı 46% artaraq 98 milyon ABŞ dollarını ötüb. Şirkət dövlətə məxsus qeyri-neft ixracatçıları arasında ilk dördlükdə yer tutub. Məhsulların 95%-dən çoxunun xarici bazarlara ixrac olunması "Azəralüminium"un Azərbaycanın qeyri-neft ixracının genişləndirilməsində və yerli sənaye məhsullarının beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsində mühüm rolunu göstərir.
2018-ci ildən fəaliyyət göstərən müəssisə indiyədək 400 min tondan çox məhsulu istehsal, 1,8 milyard manatdan artıq dəyərdə məhsulu isə ixrac edib.
Şirkətdə yüksək əlavə dəyərli soyuq yayma və tökmə rulon məhsullarının istehsal və satışının artırılması istiqamətində işlər davam etdirilir. Mövcud proqnozlara əsasən, 2026-cı ilin sonunda şirkətin gəlirlərinin 300 milyon manatı ötəcəyi gözlənilir
"Azərpambıq": ixrac 75%-dən çox artıb
AİH-nin idarəetməsində olan "Azərpambıq"-da istehsal və emal proseslərinin modernləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində aparılan islahatlar ixrac göstəricilərində də özünü göstərib.
2026-cı ilin ilk yarısında "Azərpambıq"-ın ixrac həcmi 34 milyon ABŞ dollarına çatıb ki, bu da illik müqayisədə 75,26% artım deməkdir. "Azərpambıq" dövlət müəssisələri arasında qeyri-neft ixracının həcminə görə ilk beşlikdə yer alıb.
"Azərpambıq"-ın, Beyləqan Pambıq İstehsalı və Emalı Zavodunda həyata keçirilən modernizasiya nəticəsində istehsal olunan mahlıcın keyfiyyət göstəriciləri 50%-dən çox yaxşılaşdırılıb. Hazırda "Azərpambıq"-ın Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodunda modernizasiya işləri davam etdirilir.
"Azərpambıq"-ın fəaliyyəti təxminən 3 000 əməkdaşı və 3 152 fermeri əhatə edir. 2025-ci ildə "Azərpambıq" tərəfindən 79 min tondan çox xam pambıq tədarük edilib.
Qarşıdakı dövrdə əsas hədəflərdən biri pambıq istehsalında orta məhsuldarlığın hər hektardan 5 tona çatdırılması, əlavə dəyər zəncirinin genişləndirilməsi və yeni ixrac bazarlarına çıxışın təmin edilməsidir.
İdarəetmədə səmərəlilik, inkişafda dayanıqlılıq
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan müəssisələrdə əldə edilən nəticələr maliyyə dayanıqlığının gücləndirilməsi ilə yanaşı, istehsalın modernləşdirilməsi, məhsuldarlığın artırılması, yüksək əlavə dəyərli məhsul seqmentinin genişləndirilməsi və ixracın şaxələndirilməsi istiqamətində sistemli yanaşmanın formalaşdığını göstərir.
AİH qarşıdakı dövrdə də sözügedən portfel şirkətlərinin əməliyyat və maliyyə səmərəliliyinin artırılması, korporativ idarəetmənin təkmilləşdirilməsi, investisiya imkanlarının genişləndirilməsi və Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfənin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqi Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli 1120 nömrəli Fərmanı ilə yaradılıb.

İnvestisiya     Tarix: 21 avqust 2026

Oxşar xəbərlər

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranı

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

25–26 sentyabr tarixlərində Bakıda Azərbaycan  Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaları

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN

Prezident İlham Əliyev Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli Forum iştirakçıları!. Sizi 2-ci Azərbaycan Beynəlxal

Azərbaycan "Goldman Sachs" ilə əməkdaşlıq etmək istəyir - GÖRÜŞ

Azərbaycan və ABŞ-nin "Goldman Sachs" şirkəti arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu iqtisadiyyat nazir

"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"

"Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir

Azərbaycan I yarımildə Gürcüstana 45,3 milyon dollar investisiya yatırıb

Bu ilin ilk yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 45,3 milyon ABŞ dolları təşkil edib. Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq. xəbər veri

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Azərbaycana birbaşa xarici investisiyalarda neft-qaz sektorunun payı azalıb

2025-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş 6 milyard 595,3 milyard ABŞ dolları birbaşa xarici investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 78,1 % olub. Azərbaycan iqtisadiyyatına yatırımlar azalıb, xaric

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib


iqtisadi xeberler bitcoin rubl mezenne dollarin kursu bu gun investisiya