Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar".
Azərbaycandan Gürcüstana pul köçürmələri - 16% AZALIB
FED.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında bildirib.
Onun sözlərinə görə, ötən dövr ərzində iki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Baş nazir qeyd edib ki, yüksək səviyyəli siyasi dialoqun dinamikası əməkdaşlığımızın möhkəmlənməsində aparıcı rol oynayır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Gürcüstana baş tutmuş dövlət səfəri və Gürcüstan Baş naziri İrakli Kobaxidzenin may ayında WUF13 çərçivəsində Azərbaycana səfəri xüsusi önəm daşıyır: "Bu səfərlər və əldə olunmuş razılaşmalar münasibətlərimizin strateji mahiyyətini bir daha təsdiqləmiş və əməkdaşlığımızın müxtəlif sahələr üzrə dərinləşməsinə əlavə impuls verib. Beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birimizi dəstəkləmişik. Xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstəyimizi vurğulamaq istərdim".
Əli Əsədov əlavə edib ki, ticarət-iqtisadi əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir və ardıcıl şəkildə genişlənir: "Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Cari ilin 9 ayı ərzində ticarət dövriyyəmiz 42% artaraq ötən ilin ümumi göstəricisini üstələmiş və 1 milyard dollara yaxınlaşıb. İnvestisiya sahəsində əməkdaşlığımız yaxşı dinamika nümayiş etdirir. Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir. Belə ki, Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb". (Apa)

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
IMEI kod nədir?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın ən varlı 10 adamı
Biznes nədir?
"Coca-Cola" haqqında 5 maraqlı fakt