ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
®ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir.
BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatlarına əsasən, ABB səhmlərinin dəyəri 0,32–0,34 manat aralığındadır. Cari qiymət səhmin 0,27 manatlıq nominal qiymətindən orta hesabla 22% yüksəkdir. Cari ilin əvvəlindən isə ABB səhmləri təxminən 12% bahalaşıb.
Xatırladaq ki, 2024-cü ildə ABB-nin 322 milyon səhmi məhz 0,27 manatlıq nominal qiymətlə kütləvi təklif olunmuş, abunə yazılışında 33 mindən çox investor iştirak etmişdi.
Bu, Azərbaycan tarixində ilk kütləvi səhm təklifi idi.
İnvestorlar 50%-dən çox gəlir əldə ediblər
ABB ardıcıl səkkiz ildir səhmdarlarına yüksək dividend ödəyir. Bank 2025 və 2026-cı illərdə səhmdarlarına hər il 200 milyon manat dividend ödəyib. Bu, nominal qiymətlə illik 15%-dən yüksək gəlirlilik deməkdir.
2024-cü ildə səhmləri 0,27 manatdan alan investor qiymət artımı və iki dividend ödənişi hesabına ümumilikdə 50%-dən çox gəlir əldə edib.

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb
Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib
Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb
"İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir"
"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb
"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək
Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib
Dünyanın əh bahalı brendləri - TOP-10
Az pulla hansı işi qurmaq olar?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Ən çox soruşulan müsahibə sualları hansılardır?
İlon Mask kimdir?