Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb.
Marja.az-ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövründəki 12 milyon 340 min manatlıq nəticədən 10 milyon 420 min manat və ya 84,4% çoxdur.
Beləliklə, "Meqa Həyat Sığorta" müqayisə edilən aktiv sığortaçılar arasında sığorta haqlarının faizlə artımı üzrə birinci yerdə qərarlaşıb.
Hesabat dövründə şirkətin sığorta ödənişləri də 3 milyon 850 min manatdan 7 milyon 58 min manata yüksəlib. Artım 83,3% təşkil edib.
Ödənişlərin sığorta haqlarına nisbəti isə 31,2%-dən 31%-ə dəyişib. Şirkətin ümumi sığorta bazarındakı payı 1,1%-dən 1,8%-ə yüksəlib.

Banklar     Tarix: 27 oktyabr 2026

Oxşar xəbərlər

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək

Rabitəbank Visanın dəstəyi ilə 22 noyabr 2026-cı il tarixində Bakıda genişmiqyaslı Gamer turniri keçirəcək. Elektra Event Hall-da baş tutacaq turnir ölkənin gaming icmasını bir araya gətirərək komanda ruhu, strateji düşünc

Mərkəzi banklar qızılı ABŞ-dan çıxarır: Alışlar 4 dəfədən çox artıb

Dünyanın mərkəzi bankları qızıl ehtiyatlarını sürətlə artırmaqla yanaşı, qiymətli metalın saxlanıldığı ölkələri də dəyişməyə başlayıblar. Geosiyasi gərginliyin artması fonunda bəzi ölkələr qızıl ehtiyatlarının bir hissəsin

İcbari həyat sığortası: sığorta haqları 35%-ə yaxın azalıb

Azərbaycanda i̇cbari həyat sığortası üzrə 2026-cı ilin yanvar–sentyabr aylarında 46 milyon 731 min manat sığorta haqqı toplanıb. Azərbaycan Mərkəzi Bankının statistikası əsasında xəbər verir ki, 2025-ci ilin eyni dövründ

ABB Beynəlxalq Risk Forumu keçirdi

ABB-nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Risk Forumu keçirilib. Mastercard şirkətinin də tərəfdaşlıq dəstəyi göstərdiyi tədbirdə tənzimləyici qurumların təmsilçiləri, maliyyə sektorunun menecerləri, risklərin idarə edilməs

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Azərbaycan Sənaye Sığortada yığımlar 20% azalıb, ödənişlər 56% artıb

"Azərbaycan Sənaye Sığorta" ASC-də 2026-cı ilin yanvar–sentyabr aylarında sığorta haqları və ödənişlərinin dinamikası əks istiqamətdə dəyişib. xəbər verir ki, şirkətin topladığı sığorta haqları 2025-ci ilin eyn

Qala Sığortanın yığımları 11 milyon manatdan çox azalıb

"Qala Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 52 milyon 581 min manat təşkil edib. xəbər verir ki, 2025-ci ilin eyni dövründə şirkətin sığorta haqları 63 milyon 925 mi

Bank aktivlərinin 71,5%-i beş bankın payına düşür

2026-cı il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 63,62 milyard manat təşkil edib. Aktivlərin həcminə görə ilk beş bankın — "ABB", "Kapital Bank", "PAŞA Bank"


iqtisadi xeberler biznes ideyalari valyuta xeberleri kicik biznes investisiya