Bank aktivlərinin 71,5%-i beş bankın payına düşür
2026-cı il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 63,62 milyard manat təşkil edib. Aktivlərin həcminə görə ilk beş bankın — "ABB", "Kapital Bank", "PAŞA Bank", "Xalq Bank" və "Bank Respublika"nın — birlikdə 45,51 milyard manat aktivi var. Bu, sektorun ümumi aktivlərinin 71,5%-i deməkdir.
Banker.az xəbər verir ki, təmərküzləşmə ən çox ilk üç bankda görünür. "ABB", "Kapital Bank" və "PAŞA Bank"ın cəmi aktivləri 40,02 milyard manatdır; bu bankların payına sektor aktivlərinin 62,9%-i düşür. Yanvarın 1-i ilə müqayisədə ilk üç bankın payı 60,6%-dən 62,9%-ə, ilk beş bankın payı isə 71,0%-dən 71,5%-ə yüksəlib. Aktivlər üzrə hesablanan Herfindal-Hirşman indeksi (HHI) də yanvarın əvvəlindəki təxminən 1 377-dən oktyabrın 1-nə 1 472-yə çatıb.
Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə 2026-cı ilin birinci yarısına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatı zamanı bildirib ki, Azərbaycanda bank sektorunda təmərküzləşmə hazırda orta səviyyədədir. Onun sözlərinə görə, son dörd ildə iri bankların bazar payı azalıb, kiçik bankların mövqeyi isə müəyyən qədər yaxşılaşıb. Mahmudzadə yüksək səviyyəli təmərküzləşməyə çatmaq üçün ölkədə hələ lazımi şəraitin formalaşmadığını da qeyd edib.


"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
"Bitcoin" 82 min dolları keçdi - SON QİYMƏT
Bank Avrasiya III rübdə gəlirlilik və maliyyə dayanıqlılığı göstəricilərini əhəmiyyətli dərəcədə gücləndirib
ABB-dən "Uşaq yığım" əmanəti
Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq
Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb
Satışı artıran sehrli formul
ABB Beynəlxalq Risk Forumu keçirdi
AMB və Slovakiya Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Necə Bitcoin almaq olar?
Dropshipping nədir?
Marketinq nə demədir?