Ən çox gəlir gətirən filmlər

Ən çox gəlir gətirən filmlərGünümüzün insanının ən sevdiyi məşğuliyyətlərdən biri film izləməkdir. Filmlər artıq həyatımızın bir parçası olmuş, bəzən reallıqlardan uzaqlaşmaq üçün, bəzən də reallığı yaşaya bilmək üçün asudə vaxtlarımız da ilk seçimlərdən biri olmuşdur. Hər il yüzlərlə fərqli kateqoriyalardan filmlər çıxır. Bu məqalədə ən çox gəlir gətirən filmlərdən bəhs edəcəyik.
2023-cü ilin ən çox gəlir gətirən filmi "Barbi" oldu. Biznes.az məlumat verir ki, film dünya miqyasında 1,38 milyard ABŞ dolları qazandı.
"Barbie"nin distribütoru "Warner Bros." verdiyi açıqlamaya görə, nəticələr əvvəlki lider "Universal"ın "Super Mario Bros" filmini geridə qoyub.
Rejissoru Greta Gerviq olan və Margot Robbinin baş rolda olduğu "Barbie" oyuncaq şirkəti olan "Mattel"in məşhur moda kuklasının canlı çəkilişini görmək üçün bir çox pərəstişkarının çəhrayı geyindiyi bir mədəniyyət hadisəsinə çevrildi. Bu il bu qədər böyük tamaşaçı toplayacaq başqa filmlər olmasa, çox güman ki, bu rekord davam edəcək.
Film rejissor Kristofer Nolanın "Oppenheimer" ilə eyni tarixdə, iyulun 21-də çıxdı. "Barbie" və "Oppenheimer" aktyorların ittifaqı olan Ekran Aktyorları Gildiyasının iyulun ortalarında tətilə başlamazdan əvvəl təbliğ edə biləcəyi son böyük büdcəli filmlər arasında idi. O vaxtdan hər iki filmin əsas rol aktyorlarının premyeralara qatılmasına və mətbuata müsahibə vermələrinə qadağa qoyuldu. Bu da həmin filmlərin aktyorlarının iştirakı ilə film çəkilməsinin qarşısını alır.
"Stage 6 Films" və "Blumhouse Productions"ın birgə istehsalı olan "Astral 5: Red Door" 2023-cü ilin ən çox gəlir gətirən qorxu filmi olub. Ekran əsəri 182,5 milyon dollar gəlir əldə edərək, əvvəlki lider "M3GAN"ı (180,8 milyon dollar) geridə qoyub. Ümumilikdə, bu günə qədər "Astral" franşizasındakı filmlər dünya üzrə 735 milyon dollardan çox gəlir əldə edib. Patrik Vilsonun rejissor debütü "Astral 5" isə silsilənin 13 illik tarixində ən çox gəlir gətirən hissə adını qazanıb.
Tarixin ən çox gəlir gətirən filmlərinə keçək.

5. Star Wars: Güc Oyanır (2015)

Ümumi: 2,068,223,624 dollar
"Ulduz Döyüşləri: Güc Oyanır" 18 dekabr 2015-ci ildə ABŞ-da nümayiş etdirilən "Ulduz Döyüşləri" franşizasından epik elmi-fantastik kosmik opera janrında filmdir. Ulduz Döyüşlərindən təxminən 30 ildən sonra yenidən çəkilməsi bəlkə də filmin uğurunun başlıca səbəbidir.
Ən çox gəlir gətirən filmlər

4. Titanik (1997)

Ümumi: 2,257,844,554 dollar
"Titanik" 1997-ci ildə Ceyms Kemeron tərəfindən rejissorluq, ssenaristlik, birgə prodüserlik və birgə redaktorluq etdiyi epik/romantika mövzulu bədii filmdir. "Titanik" gəmisinin batması əsasında çəkilən filmdə baş rollarda Leonardo Di Kaprio və Keyt Uinslet iştirak edir, onlar gəminin fəlakətlə bitən ilk səyahəti zamanı bir-birlərinə aşiq olan müxtəlif sosial təbəqələrdən olan iki gənci canlandırırlar.

3. Avatar: Suyun Yolu (2022)

Ümumi: 2,320,250,281 dollar
2006-cı ildə uğurlu alınacağı təqdirdə "Avatar" filminin davamını çəkmək istədiyini bildirən Kemeron ilk filmin geniş yayılmış uğurundan sonra davam edəcəklərini 2010-cu ildə açıqlamışdı və o zaman ikinci filmin 2014-cü ildə vizyona girməsi hədəflənmişdi. Bununla belə, daha üç davam filminin (birinciyə) əlavə edilməsi və sualtı performans çəkiliş səhnələrinin çəkilişi üçün yeni texnologiyanın işlənib hazırlanması zərurəti əvvəllər heç vaxt əldə edilməmiş bir uğurdur. İlkin çəkilişlər 2017-ci il avqustun 15-də Manhetten-Biçdə (Kaliforniya), sonra isə 25 sentyabr 2017-ci ildə Yeni Zelandiyada başladı. Filmin kinoteatrda nümayişi səkkiz dəfə gecikdi, ən son gecikmə 23 iyul 2020-ci ildə olub və nəhayət 16 dekabr 2022-ci ildə göstərişə buraxılıb.

2. Avengers: Sonuncu oyun (2019)

Ümumi: 2,797,501,328 dollar
Marvel Comics-in "The Avengers "superqəhrəman qrupundan ABŞ superqəhrəman filmidir. Bu, 2018-ci ilin "Avengers: Infinity War" filminin davamıdır və iyirmi ikinci Marvel Sinematik Kainat filmidir. Film 26 aprel 2019-cu ildə ABŞ-da nümayiş olundu. 21 iyul tarixinə 2,79 milyard dollar gəlirlə bütün zamanların ikinci ən çox gəlir gətirən filmi hesab olunur.

1. Avatar (2009)

Ümumi: 2,923,706,026 dollar
"Avatar" 2009-cu ildə ABŞ-ın epik elmi fantastika filmidir. Filmin ssenarisini "Titanik", "Alien 2" və "Terminator" filmlərinin rejissoru Ceyms Kemeron yazıb və rejissorluq edib. Film "3D" kino texnikası ilə çəkilib. 18 dekabr 2009-cu ildə vizyona çıxıb. Biznes.az məlumat verir ki, o, həm də bütün zamanların ən çox gəlir gətirən filmi rekorduna sahibdir.
Ən çox gəlir gətirən filmlər

Maraqlı     Tarix: 04 noyabr 2025

Oxşar xəbərlər

Apple yeni iMac və MacBook Pro modellərini təqdim etdi – Qiymətlər açıqlandı

ABŞ-ın texnologiya nəhəngi Apple şirkəti M6 prosessoru ilə təchiz edilmiş yeni 24 düymlük iMac və 14 düymlük MacBook Pro kompüterlərini təqdim edib. Yeni modellər şirkətin kompüter məhsulları seriyasını yeniləmək strategiyasını

"İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir"

"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur". Marja xəbər verirrki, bu, Azərbayca

Bütün günü uzanmaq və heç nə etməmək istəyi tənbəllik deyil, ciddi siqnaldır: Karl Yunqun müdrik fikri

Bəzən hətta adət etdiyimiz gündəlik işlər belə həddindən artıq ağır görünür. Divandan qalxmaq, mesajlara cavab vermək və ya ev işləri ilə məşğul olmaq istəyi olmur. İnsan özünü fəaliyyətsizliyə görə qınayır, toparlanmağ

Bu vint raketlər və təyyarələr üçün vacibdir, amma bir ədədini almaq illər çəkə bilər

Tramp administrasiyası sursat istehsalını sürətlə artırmağa çalışdığı bir vaxtda bu ixtisaslaşdırılmış vintlər bahalı və son dərəcə qıt komponent olaraq qalır. Xarici görünüşcə bu detal köhnə əşyalar qutusunda yeri olan mexanizm

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal

ABŞ ilə Çin arasında süni intellekt sahəsində texnoloji yarışın bütün diqqətləri özünə cəlb etdiyi bir dövrdə dünyanın ən mühüm süni intellekt şirkətinin rəhbərinin Çin casusu hesab edilən qadınla nikahdankənar münasibətd

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir


iqtisadi xeberler bitkoin dollar məzənnəsi biznes qurmaq biznes xeberleri