"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanında açılıb.
Birmərtəbəli zal "Luna" qlobal dizayn konsepsiyası əsasında tərtib olunub və 176 nəfər üçün nəzərdə tutulub, açıq terrasda isə daha 32 oturacaq yeri var. Qonaqlar rəqəmsal özünəxidmət köşklərindən, sifarişlərin masaya çatdırılması xidmətindən və "McDelivery"dən istifadə edə bilərlər. "MakAvto" xidməti isə avtomobildən düşmədən sifariş verməyə, ödəniş etməyə və sifarişi götürməyə imkan verir.
Qəhvə həvəskarları üçün "McCafé" fəaliyyət göstərir: burada geniş çeşiddə qəhvə içkiləri və desertlər, eləcə də səhər yeməyi menyusu təqdim olunur. Yaxın zamanda uşaqlı ailələr üçün "PlayPlace" oyun zonasının açılması planlaşdırılır.
Yeni restoranın açılması ilə 65 yeni iş yeri yaradılıb. Hazırda "McDonald’s Azərbaycan"da 3 200-dən çox Azərbaycan vətəndaşı çalışır.
"McDonald’s" 26 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir və yerli bizneslə fəal əməkdaşlıq edir. Şirkət təchizat, logistika, informasiya texnologiyaları, işə qəbul, marketinq və digər sahələrdə 100-dən çox yerli şirkətlə əməkdaşlıq edir.
"McDonald’s" restoran şəbəkəsinin genişlənməsi həm şirkətin özündə, həm də yerli təchizatçı və tərəfdaş şirkətlərdə yeni iş yerlərinin yaradılmasına töhfə verir. Bu, əlaqəli sahələrdə iqtisadi fəallığın artmasına və şirkətin ölkənin qeyri-neft sektorunun inkişafına töhfəsinin güclənməsinə xidmət edir.







Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Dünyanın ən zəngin idmançıları
Start-up nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Biznes nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv