Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Yumşaq inventarlar, yataq ləvazimatları, geyimlər və s. satan "Novruzlu AF" MMC (VÖEN: 1507399671) dövlət satınalmaları üzrə "etibarsız təchizatçı"lar siyahısına əlavə edilib.
Müştərilərə məhsulu üzərindəki qiymətdən baha satan – "GRAND-MART" CƏRİMƏLƏNDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qərarı verib.
Rəsmi məlumata görə, buna səbəb – MMC-nin müqavilənin icrasından boyun qaçırması olub. Nəticədə şirkətin dövlət satınalmalarında iştirakı 1 il, 6 aylığına, yəni 2028-ci ilin mayın ayının 4-ə qədər qadağan edilib.
Şirkət bu ildən tenderlərdə iştirak etməyə başlayıb. Belə ki, il ərzində şirkət cəmi 2 kiçik həcmli tenderin qalibi olub. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya PHŞ ilə şirkət arasında yuyucu və təmizlik vasitələrinin satınalınması ilə bağlı 3 min 764 manatlıq, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Naxçıvan filialı ilə şirkət arasında kondisionerlərin satınalınması ilə bağlı 3 min 480 manatlıq müqavilə imzalanıb.
İki müqavilənin cəmi dəyəri 7 min 244 manat təşkil edib.
Qeyd edək ki, "Novruzlu AF" MMC 2025-ci ilin oktyabr ayının 10-ı dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Novruzlu Anar Bayandur oğlu olan şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev.105a, m.8 hüquqi ünvanında yerləşir.

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycanda banklararası istinad faizi yüksəlib
ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib
ABB DigiLife onlayn jurnalını təqdim etdi
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Fond birjası nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Whatsapp biznesin üstünlükləri nələrdir?
IMEI kod nədir?