Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası istinad faizi yüksəlibAzərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. Banker.az xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrın 19-dakı 5,7977%-lik səviyyədən 0,4384 faiz bəndi yüksəkdir. Bununla belə, indeks ötən ilin sonuna nəzərən 0,5013 faiz bəndi aşağıdır.
AZIR oktyabrın 20-də bir gün ərzində 5,7977%-dən 6,3323%-ə yüksəlib.
Beləliklə, AZIR Mərkəzi Bankın hazırkı 6,5%-lik uçot dərəcəsindən cəmi 0,2639 faiz bəndi aşağıdır. Müqayisə üçün, oktyabrın 19-da bu fərq 0,7023 faiz bəndi idi. Hazırda faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi isə 7,5% təşkil edir.
Mərkəzi Bankın oktyabrın 29-da qəbul etdiyi son qərarla uçot dərəcəsi və faiz dəhlizinin digər parametrləri dəyişməz saxlanılıb. Qərar qəbul edilərkən inflyasiyanın sentyabrda 5,5% olmaqla 2-6%-lik hədəf diapazonunda qalması, inflyasiya gözləntiləri və bank sektorunun likvidlik vəziyyəti nəzərə alınıb.
Son bir ildə Mərkəzi Bank pul siyasətinin mərhələli yumşaldılması istiqamətində qərarlar qəbul edibp. Belə ki, 2025-ci ilin dekabrında uçot dərəcəsi 7%-dən 6,75%-ə, 2026-cı ilin fevralında isə 6,5%-ə endirilib. Sentyabrda uçot dərəcəsi dəyişməsə də, faiz dəhlizinin aşağı həddi 5,5%-dən 5%-ə azaldılıb. Mərkəzi Bank bu addımın izafi likvidlik şəraitində banklararası ticarəti stimullaşdırmaq və bankların bir-biri ilə əməliyyatlarını artırmaq məqsədi daşıdığını açıqlayıb.
Banklararası əməliyyatların həcmi isə hələ də məhduddur. Noyabrın 5-də 22 milyon manatlıq bir, noyabrın 4-də isə 27,5 milyon manatlıq iki əqd bağlanıb. Noyabrın 6-da əməliyyat qeydə alınmadığından AZIR ehtiyat hesablama planı əsasında müəyyən edilib. Mərkəzi Bankın metodologiyasına əsasən, əqdlərin sayı üçdən və ya ümumi həcmi 30 milyon manatdan az olduqda ehtiyat hesablama mexanizmləri tətbiq olunur.
Azərbaycanda banklararası istinad faizi yüksəlibAZIR Mərkəzi Bankın pul siyasəti qərarlarının maliyyə bazarına ötürülməsini qiymətləndirmək baxımından mühüm göstəricidir. Qeyd edək ki, istər iclaslarda, istərsə də press-relizdə bu indeksin trayektoriyasını tez-tez dilə gətirir. İndeks bankların bir-birindən birgünlük təminatsız manat vəsaitləri cəlb etməsinin dəyərini əks etdirir və dəyişkən faizli maliyyə alətləri üçün istinad göstəricisi rolunu oynayır.
Mərkəzi Bankın sədri Taleh Kazımov oktyabrın 16-da "Global Finance" jurnalına müsahibəsində AZIR-in bir ildən artıqdır pul siyasətinin yardımçı əməliyyat hədəfi olduğunu bildirib. Onun sözlərinə görə, əsas prioritetlər faiz qərarlarının bazar dərəcələrinə ötürülməsini gücləndirmək və AZIR-ə bağlı maliyyə alətlərini genişləndirməkdir. Kazımov Avropa Yenidənqurma və İnkişaf Bankının 2025-ci ildə AZIR-ə indeksləşdirilmiş dəyişkən faizli istiqrazlar buraxmasını da bu göstəriciyə etimadın nümunəsi kimi qiymətləndirib.

Banklar     Tarix: 12 noyabr 2026

Oxşar xəbərlər

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım


iqtisadi xeberler bitcoin leobank kart en son xeberler iqtisadiyyat xeberleri