Kino biletləri də ABB mobile tətbiqində
®Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb.
Sənəd kinoteatrlarda Bankın brendinin yerləşdirilməsini və premium zalların "ABB zalları" adlandırılmasını, ABB üçün hədəfli reklam imkanlarının yaradılmasını, xüsusi nümayişlər cədvəlinin əvvəlcədən Banka təqdim edilməsini və ABB müştəriləri üçün eksklüziv təkliflərin hazırlanmasını, birgə innovativ layihələrin həyata keçirilməsini, ABB müştəriləri üçün bilet satışına erkən keçid imkanının yaradılmasını, habelə mobil tətbiqlər arasında qarşılıqlı inteqrasiyaların təmin edilməsini nəzərdə tutur.
Bu tərəfdaşlıq sayəsində ABB mobile tətbiqi istifadəçiləri ölkəmizdə ilk dəfə kino biletlərini də başqa heç bir platformaya ehtiyac olmadan birbaşa ABB mobile tətbiqindən əldə edəcəklər.
Tətbiqdə film və seanslar axtarmaq, bilet və yer seçimi etmək, lazımi kino biletlərini alıb ödənişlərini də birbaşa ABB mobile tətbiqi üzərindən rahatlıqla həyata keçirmək mümkün olacaq.
ABB mobile müştərilərin gündəlik ehtiyaclarının qarşılanması üçün imkanları vahid platformada toplayır. Bu məqsədlə tətbiqə yeni inteqrasiyalar bundan sonra da davam etdiriləcək.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.



"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"
"Bank Respublika" mühüm təyinat baş tutub
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi
Leobank "Felis 2026"da qızıl mükafat qazanıb
Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi
Az pulla hansı işi qurmaq olar?
Biznes nədir?
1000 manatla hansı biznesi qurmaq olar?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyada ən çox oxunan 5 kitab