Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətini davam etdirir.
Bu çərçivədə 30 oktyabr 2026-cı il tarixində Xankəndi Konqres Mərkəzində Rabitəbankın Xankəndi filialının fəaliyyətə başlamasının birinci ildönümü münasibətilə "Aktiv maliyyələşdirmə və güzəştli maliyyə resurslarına çıxış" mövzusunda tədbir keçirilib.
Dövlət qurumlarının nümayəndələrinin, biznes ictimaiyyətinin təmsilçilərinin, sahibkarların, media nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin əsas məqsədi regionda fəaliyyət göstərən sahibkarların maliyyə savadlılığının artırılması, mövcud maliyyələşdirmə mexanizmləri və güzəştli maliyyə resurslarından yararlanma imkanları barədə məlumatlandırılması, eləcə də yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Tədbirdə çıxış edən Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov "Təchizat zəncirində maliyyə dayanıqlılığı" mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı təchizat zəncirinin iştirakçıları arasında dayanıqlı maliyyə əlaqələrinin qurulmasının əhəmiyyəti, biznesin fasiləsiz fəaliyyətinin təmin edilməsində maliyyə institutlarının rolu və sahibkarlıq subyektlərinin maliyyə dayanıqlılığının gücləndirilməsi məsələlərinə toxunulub. Həmçinin Qarabağda formalaşan yeni iqtisadi imkanlar fonunda biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsinin regionun iqtisadi inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Daha sonra Rabitəbankın Mikrokreditlər üzrə Baş direktoru Zamiq Mədətov "Sahibkarların maliyyə resurslarına çıxışı və güzəştli maliyyələşmə" mövzusunda çıxış edib. Təqdimat çərçivəsində mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi imkanları, güzəştli maliyyə mexanizmlərindən istifadə yolları, biznesin inkişafına yönəlmiş kredit məhsulları və sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması istiqamətində mövcud imkanlar barədə məlumat verilib.
İnteraktiv müzakirələrlə davam edən tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, maliyyələşmə ehtiyacları və yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdən sonra Rabitəbank heyəti 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanın tarixi qələbəsinin rəmzlərindən biri olan Zəfər Tağını ziyarət edib.
Səfər çərçivəsində həmçinin Rabitəbankın Xankəndi filialının fəaliyyətə başlamasının birinci ildönümü qeyd olunub. Bu münasibətlə filialda Bankın rəhbər heyətinin və əməkdaşlarının iştirakı ilə yubiley tortu kəsilib.
Qeyd edək ki, Rabitəbankın Xankəndi filialı regionda müasir bank xidmətlərinin əlçatanlığının artırılması, əhalinin və sahibkarların maliyyə xidmətlərinə çıxışının genişləndirilməsi məqsədilə fəaliyyət göstərir. Filialın fəaliyyətə başlaması Bankın Qarabağın iqtisadi dirçəlişinə, sahibkarlığın inkişafına və regionun maliyyə infrastrukturunun gücləndirilməsinə dəstək istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslərdən biridir.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
/ marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Dünyanın ən çox maaş verən şirkətləri
Biznes nədir?
Whatsapp biznesin üstünlükləri nələrdir?
McDonalds haqqında maraqlı faktlar
Marketinq nə demədir?