Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyibAzərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov jurnalistlərə açıqlamasında bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onun sözlərinə görə, mövcud strategiyanın icrası üzrə müəyyən nəticələr əldə edilsə də, qarşıya qoyulan bütün məqsədlərə hələ nail olunmayıb.
"Strategiya üzrə müəyyən etdiyimiz hədəflərin və təşəbbüslərin, bildiyim qədər, 85 faizini indiyədək icra etmişik. Düşünürəm ki, bu, yaxşı göstəricidir. Amma istəyərdim ki, daha yüksək olsun", – deyə Mərkəzi Bankın sədri qeyd edib.
Kazımov mövcud strategiyanın icra nəticələrindən tam razı olmadığını da bildirib. O vurğulayıb ki, 2024–2026-cı illəri əhatə edən strategiyanın yekun nəticələri barədə 2027-ci ilin birinci rübündə ictimaiyyətə hesabat təqdim olunacaq.
Həmin hesabatda strategiya üzrə əldə edilən uğurlar, qarşıya çıxan çətinliklər və icrası başa çatdırılmayan təşəbbüslər barədə ətraflı məlumat veriləcək.
2027–2030-CU İLLƏR ÜZRƏ YENİ STRATEGİYA HAZIRLANIR
Taleh Kazımov bildirib ki, Mərkəzi Bank artıq maliyyə sektorunun növbəti inkişaf strategiyasının hazırlanmasını yekunlaşdırmaq üzrədir. Yeni strategiya 2027–2030-cu illəri əhatə edəcək.
"2027–2030-cu illər üzrə Maliyyə Sektorunun İnkişafı Strategiyasının hazırlanması prosesi, demək olar ki, başa çatır. Əvvəlki strategiya kimi, bunu da ictimaiyyətə təqdim edəcəyik", – deyə sədr bildirib.
Onun sözlərinə görə, yeni strategiyanın əsas istiqamətləri də 2027-ci ilin birinci rübündə açıqlanacaq. Mərkəzi Bank qarşıdakı strategiyanın icrası barədə də hər il hesabat verməyi planlaşdırır.
Kazımov qeyd edib ki, son üç-dörd ildə Mərkəzi Bankın ictimaiyyətlə kommunikasiya yanaşması əhəmiyyətli dərəcədə dəyişib və bu istiqamətdə şəffaflığın artırılması strategiyanın əsas prinsiplərindən biridir.
"Biz həm uğurlarımızı, həm də uğursuzluqlarımızı sizinlə paylaşacağıq", – deyə Mərkəzi Bankın sədri vurğulayıb.

Banklar     Tarix: 31 oktyabr 2026

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler pul qazanmaq dollar kursu kripto 1000 manatla biznes