AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC beynəlxalq səviyyədə tanınmış "WebTrust for Certification Authorities" (WebTrust for CA) auditini uğurla başa vurub.
FED.az xəbər verir ki, müstəqil qiymətləndirmə şirkətin rəqəmsal imza infrastrukturunun təhlükəsizliyi və idarə olunması üzrə tətbiq edilən proseslərin beynılxalq standartlara uyğunluğunu təsdiqləyib.
Amerika Sertifikatlı Mühasiblər İnstitutu (AICPA) və Kanada Peşəkar Mühasiblər Təşkilatı (CPA Canada) tərəfindən hazırlanmış "WebTrust for CA" sertifikat xidmətləri göstərən qurumlar üçün beynəlxalq səviyyədə tanınmış audit standartıdır. Audit çərçivəsində AzInTelecom-un informasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri, kriptoqrafik açarların idarə olunması və əməliyyat prosesləri müstəqil auditorlar tərəfindən hərtərəfli qiymətləndirilib.
"Bizim əsas məqsədimiz dövlət və biznes proseslərinin rəqəmsallaşmasını dəstəkləyən, etibarlı elektron xidmətlərin genişlənməsinə imkan yaradan infrastruktur formalaşdırmaqdır. Müstəqil auditin uğurla tamamlanması AzInTelecom-un yerli və beynəlxalq bazarda etibarlı texnoloji tərəfdaş kimi mövqeyini möhkəmləndirir və yeni əməkdaşlıq imkanlarının inkişafı üçün zəmin yaradır", — deyə AzInTelecom-un İnformasiya Təhlükəsizliyi Departamentinin rəhbəri Ruslan Dadayev bildirib.
"WebTrust for CA" auditinin nəticəsi korporativ müştərilər, dövlət qurumları və fərdi istifadəçilər üçün  AzInTelecom-un rəqəmsal imza xidmətlərinin təhlükəsizliyinə, məxfiliyinə və etibarlılığına əlavə təminat yaradır. Eyni zamanda şirkəti rəqəmsal imza sahəsində beynəlxalq tələblərə cavab verən, etibarlı tərəfdaş kimi mövqeləndirir.
AzInTelecom rəqəmsal xidmətlərini beynəlxalq standartlara uyğun inkişaf etdirməklə təhlükəsiz elektron xidmətlərin genişlənməsinə, ölkənin rəqəmsal ekosisteminin inkişafına və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəfinə töhfə verir.

Kriptovalyuta     Tarix: 29 oktyabr 2026

Oxşar xəbərlər

"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya

İlk investisiyanızı 0% komissiya ilə etməyə hazırsınız? . xəbər verir ki, Unicapital investisiyaya başlamaq istəyənlər üçün qlobal bazarlara komissiyasız çıxış təqdim edir. Belə ki, Unicapital-a məxsus UTrader platformasınd

"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT

"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut

"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib.  xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14

"Bitcoin" 64 min dollara çatıb - SON qiymət

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb.   xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"

"Bitcoin" yenidən 78 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə ucuzlaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,59% ucuzlaşaraq 77 459,47 ABŞ dolların

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58

"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki,  "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qeyd edilməlidir ki, müvafiq proses təcrübədə ilk dəfə kriptovalyutanı

"Netflix" ənənəvi televiziya bazarına çıxmaq niyyətindədir

"Netflix" fasiləsiz canlı yayımlar vasitəsilə xətti telekanallar və janr kanalları yaratmaq imkanını nəzərdən keçirir. "Pubg" və "Clash of clans" hesabini və bitkoini miras qoymaq olacaq - ÇİND


iqtisadi xeberler bitkoin qiymeti emlak xeberleri bank faizleri dollar mezenne