"Bitcoin" yenidən 78 min dollardan aşağı düşüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə ucuzlaşma müşahidə olunur.
FED.az xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,59% ucuzlaşaraq 77 459,47 ABŞ dollarına enib.
"Ethereum" 2,50% azalaraq 2 411,26 dollara, BNB 0,90% ucuzlaşaraq 687,23 dollara düşüb. "Zcash" 2,32% geriləyərək 837,14 dollara, "Monero" 0,59% azalaraq 513,94 dollara, "Bittensor" isə 4,55% ucuzlaşaraq 220,05 dollara enib.
Qızıl əsaslı kriptovalyutalarda da kəskin ucuzlaşma qeydə alınıb. "PAX Gold" (PAXG) son sutkada 2,83% azalaraq 4 312,87 dollara, "Tether Gold" (XAUT) isə 2,88% ucuzlaşaraq 4 303,51 dollara düşüb.
"CoinMarketCap 20" indeksi son 24 saatda 1,60% azalaraq 158,58 bənd təşkil edib.
Kriptovalyuta bazarındakı enişə əsasən ABŞ-da faiz dərəcələrinin daha uzun müddət yüksək qala biləcəyi ilə bağlı gözləntilər və bunun fonunda riskli aktivlərə tələbin zəifləməsi təsir göstərir. Eyni zamanda, son həftələrdə güclü bahalaşmadan sonra investorların mənfəəti realizə etməsi də kriptovalyutalara satış təzyiqini artırır.

Xarici investorların qazancını ölkədən çıxarmasına məhdudiyyət olmayacaq
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
2026-cı ilin ilk üç rübündə ən böyük xalis mənfəət əldə edən bankların RENKİNQİ
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
AMB ilə "Bank of New York Mellon" arasında əməkdaşlıq imkanları müzakirə olunub
"Premium Bank" hesabat açıqladı – Bank "yerində sayıb"
1000 manatla hansı biznesi qurmaq olar?
Dünyanın ən zəngin idmançıları
Onlayn biznes növləri
Bill Qeyts kimdir?
Onlayn biznes ideyaları