CV hazırlayarkən buraxılan 5 səhv

CV hazırlayarkən buraxılan 5 səhvGeyimimizə görə qarşılanıb ağlımıza görə yola salındığımız kimi, CV də bizi tanımayanların haqqımızda ilkin rəy vermələrini təmin edəcək oxşar vasitədir. Biznes.az məlumat verir ki, peşəkar və qüsursuz hazırlanmış bir CV qarşı tərəfdə bizim haqqımızda müsbət rəy formalaşdıra biləcəyi kimi, dolğun olmayan və digər səhvlər buraxılan bir CV də müvafiq olaraq haqqımızda mənfi rəyin formalaşmasına səbəb olar. Bu isə o deməkdir ki, CV hazırlayarkən olduqca diqqətli davranmaq lazımdır.
İşə qəbul prosesində müsahibə, test və digər mərhələlər daha çox namizədin bilik və bacarığından asılıdır. Amma həmin mərhələdə bilik və bacarığınızı nümayiş etdirə bilməyiniz üçün ilkin və ən önəmli mərhələ CV mərhələsidir.
Bu məqalədə CV hazırlayarkən ən çox buraxılan səhvlərdən bəhs edəcəyik. Diqqətlə oxuyun ki, siz də CV hazırlayarkən eyni səhvləri buraxmayın.

İnformasiyanın çoxluğu

CV-də haqqınızda bütün vacib məlumatlar qeyd olunmalıdır, amma burada konkretlik vacib rol oynayır. Çünki CV-də məlumat nə qədər konkret olarsa, işəgötürənin onu oxumaq ehtimalı o qədər çoxdur. Ona görə də, informasiyanın genişliyindən daha çox yazdığınız məlumatın sizin haqqınızda nə dərəcədə dəqiq informasiya verdiyini diqqətinizdə saxlayın. CV-ni hazırladıqdan sonra onu bir neçə dəfə oxuyun və ikinci dərəcəli məlumatları silin. Bunu etmək üçünsə sizin hansı məlumatlarınızın işəgötürən tərəfindən konkret vakansiya üçün maraqlı olduğunu düşünün.
CV hazırlayarkən buraxılan 5 səhv

Orfoqrafik səhvlər

Tez-tələsik, diqqətsiz, orfoqrafik səhvlərlə dolu, qarışıq cümlələrlə hazırlanmış CV sizə uğur gətirərmi? Əlbəttə ki, xeyr. Yazdığınız CV-dəki hərf və məna səhvləri, terminlərin yersiz və səhv istifadəsi CV-nizi avtomatik olaraq gözdən salacaq və çox güman ki, sonrakı mərhələ üçün şansınız itəcək. Buna görə də, CV hazırladıqdan sonra onu mütləq etibar etdiyiniz savadlı bir adama yoxladın. Çünki CV tanımadığımız insanların beynində bizim haqqımızda ilkin rəy formalaşdırır. Hansı ki, bu rəy daha sonrakı mərhələdə öz təsirini daha aydın şəkildə göstərir. Unutmayın, yaranmış mənfi fikirləri müsbət yöndə dəyişmək xeyli zaman və enerji alır, bəzən isə mümkün olmur.

Uyğun gəlmədiyiniz vakansiyaya müraciət

Uyğun olmadığınız vakansiyaya müraciət edərkən siz həm öz vaxtınızı, həm də işəgötürənin vaxtını boş yerə almış olursuz. İntervyunun gedişində onsuz da sizin bu vəzifəyə uyğun gəlmədiyiniz üzə çıxacaq. Hətta bəxtiniz gətirib keçsəniz belə, sınaq müüdətini keçəcəyiniz şübhə altındadır. Odur ki, uyğun gəlmədiyiniz vakansiyaya müraciət etməklə həm qarşı tərəfin, həm də özünüzün vaxtını boş yerə almış olacaqsınız.

Məlumatların natamamlığı

Qeyd etdiyiniz məlumatlarda sözün yaxşı mənasında özünüzü reklam edərək özünüzü satmağı bacarmalısınız. Amma bu reklam yalan və sizin sahib olmadığınız məlumatlar üzərində olmamalıdır. Çünki əmin olun ki, bu daha sonrakı mərhələrdə və ya iş prosesində meydana çıxacaq və yaranmış mənzərə heç də ürəkaçan olmayacaq. Məlumatların doğru olması ilə yanaşı, tam və dolğun olmasına da xüsusi diqqət yetirin.

Qeyri-ciddi foto

Bu da CV-nin cox vacib elementlərindən biridir. CV-yə baxan şəxs birinci növbədə sizin şəklinizə diqqət yetirir. Buna görə də, şəkliniz maksimum işgüzar üslubda olmalıdır. CV-nizə asudə vaxtlarınızda çəkdirdiyiniz şəkilləri yerləşdirməyin. CV-yə klassik geyimdə, xüsusi şəkillər yerləşdirin. Biznes.az məlumat verir ki, ümumi olaraq dəyərləndirildikdə CV mərhələsi nə qədər önəmlidirsə, CV-nin içərisindəki şəkil də özlüyündə bir o qədər önəmlidir. Çünki insanlar ilkin baxışda geyiminə və görünüşünə görə dəyərləndirilirlər.
CV hazırlayarkən buraxılan 5 səhv

Biznes     Tarix: 02 noyabr 2025

Oxşar xəbərlər

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Azərbaycan 24 ilin şirkəti sərmayəsindən 900 min manat – GÖTÜRDÜ

"Modern Construction Group" MMC (VÖEN: 1300144301) nizamnamə kapitalını azaldıb. Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkəti


iqtisadi xeberler kripto bitcoin qiymeti dollar manat kursu dollarin kursu bu gun