Kriptovalyuta nədir?

Kriptovalyuta nədir?Kriptovalyuta və ya qısaca kripto - mübadilə vasitəsi olaraq istifadə etmək üçün yaradılan rəqəmsal aktiv. Burada fərdi koin sahiblərinin qeydləri əməliyyat prosesini mühafizə etmək, əlavə koinlərin yaradılmasına nəzarət etmək və koin mülkiyyətinin ötürülməsini təsdiq etmək üçün güclü kriptoqrafiya istifadə edərək hazırlanan, komputerləşdirilmiş verilənlər bazası formasında mövcud olan ledcerdə saxlanılır. Biznes.az melumat verir ki, bu valyuta növü fiziki formada mövcud deyil (kağız pul kimi) və hər hansısa bir mərkəzi hakimiyyət tərəfindən dövriyəyə buraxılmır. Kriptovalyutalar tipik olaraq mərkəziləşmiş rəqəmsal aktivlərin və mərkəz bankçılıq sistemlərinin əksinə, desentralizasiyadan istifadə edir.[3] Kriptovalyuta buraxılmadan əvvəl zərb edildikdə və ya yaradıldıqda və ya tək bir emitent tərəfindən verildikdə, ümumi olaraq mərkəzləşdirilmiş sayılır. Desentralizasiyalaşdırılmış nəzarət prinsipi ilə tətbiq edilən hər bir kriptovalyuta bölüşdürülmüş ledcer vasitəsi ilə işləyir. Ən çox istifadə edilən ledcer vasitələrindən biri ictimai maliyyə əməliyyatı verilənləri olan blokçeyn texnologiyasıdır.
Kriptovalyuta və ya qısaca kripto əməliyyatları təmin etmək üçün riyaziyyatın bir qolu olan kriptoqrafiyadan istifadə edərək, mübadilə vasitəsi kimi işləmək üçün nəzərdə tutulmuş rəqəmsal elementdir. Kriptovalyutalar bir növ rəqəmsal valyuta, alternativ valyuta və virtual valyutadır. Kripto aktivləri mərkəzi elektron pul və mərkəzi bank sistemlərindən fərqli olaraq tamamilə qeyri-mərkəzləşdirilmişdir. Hər bir kriptovalyutanın qeyri-mərkəzləşdirilməsi ictimai əməliyyatlar bazası, paylanmış kitab kimi fəaliyyət göstərən blokçeyndən gəlir.
Bitkoin ilk dəfə 2009-cu ildə açıq mənbəli proqram təminatı kimi buraxıldıqda ilk desentralizasiyalaşmış kriptovalyuta oldu. Bitkoin yaradıldıqdan sonra digər kriptovalyutalar da yaradıldı.
Kriptovalyuta nədir?Əsas kriptovalyuta birja növləri:

Birbaşa Ticarət Platforması

Bu tip platforma, satıcı və alıcı arasında P2P ticarətini təklif edir. P2P üçüncü şəxsə ehtiyac olmadan, tərəflərin bir araya gəlməsinə şərait yaradan sistemdir. Başqa sözlə desək, alıcı və satıcı birja platforması vasitəsi ilə deyil, birbaşa əməliyyatlarını həyata keçirirlər. Bu ticarət növündə sabit bazar qiyməti yoxdur.

Ənənəvi Kriptovalyuta Birjası

Bunlar ənənəvi birjaya bənzəyir. Alıcı və satıcı ticarətlərini cari kriptovalyutaların bazar qiymətlərinə uyğun olaraq aparırlar. Burada birja vasitəçi rolunu oynayır.

Kriptovalyuta brokerləri

Bu növ birjalar, ümumiyyətlə, yalnız onlayn rejimdə işləyir. Bir bankda və ya hava limanında valyuta mübadiləsinə bənzəyir. Kriptovalyuta brokeri müştərilərinə təyin etdiyi qiymətə kriptovalyutalarla ticarət etməyə şərait yaradır. Bu qiymət bazar qiyməti, üstəgəl premium qiymətə bərabərdir. Bu cür mübadilə, əslində kriptovalyutalar dünyasına ilk dəfə girən insanlar üçün idealdır.

Kriptovalyuta Fondları

Burada mütəxəssislər kriptovalyuta aktivləri portfelini idarə edirlər. Biznes.az melumat verir ki, bu Fondlar cəmiyyət üzvlərinə fond vasitəsilə kriptovalyutalar almağa və saxlamağa imkan verir.
Kriptovalyuta nədir?

Kriptovalyuta     Tarix: 30 oktyabr 2025

Oxşar xəbərlər

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58

"Unicapital" İnvestisiya Şirkəti birjada əməliyyatlarını – 3 DƏFƏ ARTIRIB

Bu ilin yanvar-sentyabr aylarında "Unicapital İnvestisiya Şirkəti" QSC-nin dövriyyəsi 5 milyard 649,2 milyon manat olub. "Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalar

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir

"Binance" kriptovalyuta birjası vəsaitlərin çıxarılmasının 48 saat ərzində bərpa olunacağını gözləyir. "Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub. xəbər verir ki

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə kəskin bahalaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,53% bahalaşaraq 81 039,86 ABŞ dolların

"Bitcoin" 82 min dolları keçdi - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunsa da, "Bitcoin" və bir sıra digər rəqəmsal aktivlər bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasını

"Bitcoin" üç ayın maksimumuna yüksəlib - SON QİYMƏT

"Bitcoin"in qiyməti son üç ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutasının qiyməti may ayından bəri ən yüksək səviyyəyə çatıb və gün ərzində 79 min 478 dollara qalxıb. Kriptovalyut

Bitkoin bahalaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında Bitkoin son 24 saatda 0,17% bahalaşaraq 77 682,59 ABŞ dollarına yüksəlib

Visa və Mastercard-a rəqib gəlir – Kriptovalyutalar leqallaşır

Bir neçə gün əvvəl ABŞ-ın kriptovalyuta bazarında tarixi əhəmiyyəti olan hadiçə baş verib. ABŞ-ın Bank Nəzarəti İdarəsi - OCC avqustun 14-də World Liberty Trust Company üçün milli bank nizamnaməsini təsdiqləyib. FED,az bizne

"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08


iqtisadi xeberler valyuta xeberleri valyuta mezennesi pul qazanmaq online pul qazanmaq