Biznes qurmaq istəyənlərə 10 məsləhət

Biznes qurmaq istəyənlərə 10 məsləhətHər şəxsi Biznesini yaratmaq və yaratdığı biznesdə uğur qazanmaq istəyir. Lakin hər şey dediyimiz anda gerçəkləşmədiyi kimi bizneslər də istədiyimiz an yaranmır. Bunun üçün müəyyən vaxt və əmək tələb olunur.

Biznesdə sizə lazım olacaq, bilməli olduğunuz bəzi məsələləri vaxtınıza qənaət etməyiniz üçün seçmişik.

1. Plan qurun.
Biznes plan və dəqiqliyi xoşlayır. Bu səbəbdən də özünüzü plan qurmağa və planlı hərəkət etməyə öyrəşdirin. Çünki onlar sizi daha tədbirli və iş mühitinə hazırlıqlı edəcək.

2. Araşdırma edin.
Biznesə maraq, yaxud da əyləncə kimi yanaşmayın. Mümkün qədər geniş araşdırma edib biznesinizi bazara çıxarmağın yollarını öyrənin.

3. Rəqiblərinizi tanıyın.
Sizin bizneslə eyni sahədə olan bütün bizneslər (business) sizin rəqibinizdir. Bazara daxil olmağın, sağlam rəqabətin yolu rəqiblərimizi tanımaq, uğurlu rəqibləri örnək almaqdır.
Biznes qurmaq istəyənlərə 10 məsləhət4. Marka adınızı seçin.
Bəzən çox fikir verilməyən bu etap işimizin əsas parçasıdır. Biznesimizin tanınmasında, yadda qalmasında və ən önəmlisi seçim olunmasında adımızın böyük rolu var. Ona görə də yadda qalan, markamızı özündə əks etdirən və dövrün qulaq zövqüylə uyğunlaşan ad bizim işimizi asanlaşdıracaq.

5. Onlayn profilinizi yaradın.
Müasir dövrümüzdə demək olar ki, hər şey internetdən idarə olunur. İnsanlar yeniliklər və ehtiyaclarını qarşılayacaq məhsullar haqqında internet vasitəsilə məlumat alırlar. Bu səbəbdən də biznesinizi "web" sayt və məhsulunuza aid səhifədə necə tanıdacağınızı düşünün, eyni zamanda hansı konktent üzərində irəli gedəcəyinizi dəqiqləşdirin.

6. Mühasibatlıq sahəsi haqqında məlumat toplayın.
İş mühiti maddi alış-veriş mühitidir. Biznes sizin özünüzə aid olduqda isə bütün məsuliyyət sizin üzərinizdə olur. Ona görə də xərcləri idarə etməyi, qazancları bölüşdürməyi, qısacası rəqəmlərlə işləməyi bacarmalısınız.

7. Yeniliklərə qapalı olmayın.
Biznes yenilikləri xoşlayır və üzərində tədbiq olunduqda müsbət əks təsir verir. Dövrlə ayaqlaşmaq, müştəri bazamızı və tərəfdaşlarımızı artırmaq, həmçinin gündəmdə qalmaq üçün yenilikləri biznesinizə (business) qəbul və tədbiq etməyi öyrənməlisiniz.

8. Ehtiyacınız olan komandanı seçin.
Sizin biznesinizə lazım olacaq, sizinlə birlikdə çalışacaq sahələri tapıb, həmin sahələr haqqında qısa məlumat toplayın. Bu həm komandanızla qarşılıqlı anlaşmaq, həm də müştərilərinizlə rahat əlaqə qurmağınıza kömək edəcək.
Biznes qurmaq istəyənlərə 10 məsləhət9. Sərmayənizi dəqiqləşdirin.
Bu etapı qeyd etməsək, olmazdı. Sərmayə və biznesinizdə lazım olacaq 3-5 illik xərci öncədən müəyyənləşdirməli, təxmini hesablamalar edib, həmin məbləği hazır etməliyik. Çünki bütün ehtimalları nəzərə almaq və hazır olmaq bizim öncəliyimizdir.

10. Ofisinizin məkanını və dizaynını seçin.
Yaxşı işin təqdimatını yaxşı məkanlarda etmək daha yadda qalan və göz oxşayandır. İnsanların göz züvqünə xitab etdikdə onlar məkanınızı tez-tez görmək və sizinlə əməkdaşlıq etmək istəyəcəklər.

Biznes     Tarix: 30 sentyabr 2025

Oxşar xəbərlər

Bakının yeni özəl premium məkanlarından biri: MİSRİ

"Misri Private Dining & Terrace" yüksək zövqlü interyeri və zəngin mətbəxi ilə diqqət çəkir. xəbər verir ki, şəhərin səs-küyündən uzaq, rahat və prestijli atmosfer axtaranlar üçün nəzərdə tutulan bu məkan hə

Şuşa restoranlarında bir ildə - 7 MİLYON MANAT HESAB VERİLİB

2025-ci ildə Şuşada ictimai iaşə dövriyyəsinin həcmi 7 milyon 51 min manat olub. . Azərbaycanda restoranlarda ən çox pul xərclənən 10 region – SİYAHI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il Şuşada restoranlard

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov


iqtisadi xeberler bank faizleri dollar manat kursu valyuta kurslari telefonla pul qazanmaq