"Servis haqqı" ləğv edilməlidir: "Əlavə ödəniş işçiyə çatmır"
Türkiyə hökumətinin qərarı ilə iaşə müəssisələrində ayrıca "servis pulu"nun hesablanması qadağan edilib. Bunun səbəbi "servis pulu"nun işçilərə verilməməsidir. Bundan sonra "servis pulu" könüllü olacaq, yəni müştəri istədiyi halda ödəyəcək, xidmətin haqqı əvvəlcədən qiymətə daxil edilməyəcək.
Türkiyədə restoran-kafelərdə müştəridən servis haqqı tutmaq - QADAĞAN EDİLİR
Qeyd edək ki, Azərbaycanda da restoran və kafelər Türkiyə təcrübəsindən bəhrələnərək ümumi qiymətə servis pulu daxil edirlər.
Türkiyədəki qərar göstərir ki, "servis haqqı"nın tətbiqi effektiv deyil, bu, həm istehlakçı xərclərini artırır, həm də xidmət göstərən işçilər üçün əlavə gəlir imkanı yaratmır.
FED.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, hər hansısa məhsulun və ya xidmətin yekun qiymətini formalaşdıran amillər onun ərsəyə gəlməsində çəkilən xərclərdir:
"İctimai iaşə obyektlərindən nümunə götürsək, tələb olunan xammalın, işçilərin xərci, kommunal xərcləri, varsa icarə haqqı, daşıma xərcləri toplanılır, üzərinə 15-20 faiz mənfəət əlavə edilir. Bundan sonra yekun qiymət formalaşır". (Sfera.az)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Shopify-da necə satışa başlamaq olar?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
İlon Mask kimdir?