Onlayn biznes növləri

Onlayn biznes növləriGündəlik olaraq pul qazanmağ, öz işinizi, vaxtınızı özünüz təyin etmək kimi bir qrafik istəyirsinizsə, "freelancer" olaraq çalışmaq sizə uyğundur. Ən asan pul qazanmaq yollarından biri olan freelance işləri müəyyən olunmuş platformalardan tapa bilərsiniz. Biznes.az məlumat veirr ki, bunun üçün xarici dil səviyyəniz normal olmalı və özünüzə məxsus bir iş bacarığınız olmalıdır.
Sərbəst qrafikdə iş tapa biləcəyiniz bir neçə platforma var. Etməli olduğunuz ilk iş bu sahədə iş apara bilmək üçün əvvəlcə bir hesab yaratmaqdır və burada da sizin üçün uyğun olan vəzifələri müəyyənləşdirərək daha yüksək gəlir əldə edə bilərsiniz. Öz yaşadığınız ölkəyə uyğun vakansiya saytlarından da freelans işlər əldə edə bilərsiniz.
Rəqabətin çox olmağından çəkinməyin, əksinə olaraq, rəqabətli mühitdə sağlam ideyalar həmişə uğur qazanmışdır. Sadəcə özünüzə və ideyalarınıza güvənirsinizsə, addım atmalısınız. Onlayn pul qazanmağın yolları müxtəlifdir.

"You tube" kanal yaratmaqla pul qazanmaq

İlkin olaraq özünüzə gmail hesab açırsınız. Açdığınız hesab üzrə "You tube" kanalınızı yarada bilərsiniz. Kanal yaratdıqdan və bütün texniki məsələlər düzgün olduqdan sonra kanalınıza videolar yerləşdirirsiniz. Bir neçə videodan sonra isə pul qazanmaq funksiyası işə düşəcəkdir. Bu isə bilavasitə sizin yerləşdirdiyiniz videolardan asılıdır. "You tube" kanalı işlətmək istəyənlər ilk növbədə işgüzar və məsuliyyətli olmalıdırlar. Çünki mütəmadi video-kontent hazırlamaq məcburiyyətindəsiniz. Əks halda, kanalınız sizə uğur və pul qazandırmayacaq. Video başlamamış 9-15 saniyəlik reklam videoları olur ki, izləyici əgər bu reklam çarxına sona qədər baxmış olarsa, siz avtomatik pul qazanmış olursunuz.

Öz bloqunuzu yaratmaq

Əgər öz yazar qabiliyyətinizə güvənirsiznizsə, hər hansı bir sahə üzrə öz bloqunuzu yarada bilərsiniz. Kifayət qədər izləyici kütləniz yaranandan sonra bloqunuzda reklamlar vasitəsilə gəlir əldə edə etmək olar. Məsələn, "Google Adsense" reklamları və yaxud müxtəlif banerler və s.

Onlayn kursda müəllim kimi fəaliyyət göstərmək

Əgər özünüzdə hər hansı bir sahəni tədris edə biləcək qabiliyyəti görürsünüzsə və yaxud real həyatda belə bir fəaliyyətiniz varsa, bu sizə asanlıqla kömək ola bilər. Belə ki, müәyyәn bir kütlə içərisində keyfiyyət baxımından tanındıqdan sonra bu, sizin üçün o qədər də çətin olmayacaq. Nəticədə siz onlayn "Skype" vasitəsilə uşaq və yaxud böyüklərə hər hansı bir fənn və yaxud bacarığı tədris edə bilərsiniz. Onu da nəzərə almalısınız ki, onlayjn kurslarda tədris qiyməti real kurslardan aşağı olur. Bununla belə, üstün cəhətləri də var. Tələbə üçün heç bir əlavə xərcə səbəb olmur (nəqliyyat, geyim və s.). Onlayn kurs hava şəraitindən asılı deyil. Vaxta qənaət və rahatlıq da onlayn kursun üstün cəhətləri sırasındadır.

"Apps" və oyunlar yaratmaq

Mobil tətbiqlər müxtəlif əyləncə, musiqi, təhsil və s. sahələrə aid olmaqla insanların müəyyən işlərinin asanlaşmasında mühüm rol oynayır. Siz sağlam "Apps" yaratmaqla satışdan kifayət qədər gəlir əldə edə bilərsiniz. Əlavə olaraq sadə "apps"lar vasitəsilə də pul qazanmaq olar. Biznes.az məlumat verir ki, bu proqramlarda siz "Google" mobil reklamları yerləşdirməklə daxilolma sayına görə də pul qazanmış olacaqsınız.
Onlayn biznes növləri

Biznes     Tarix: 29 sentyabr 2025

Oxşar xəbərlər

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta


iqtisadi xeberler biznes qurmaq en son xeberler valyuta xeberleri bu gunun xeberleri