"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir

"Take-Two Interactive Software" şirkətinin yeni oyunu "Grand Theft Auto VI" ("GTA 6") satışa çıxdığı ilk gün 3 milyard 790 milyon dollar satış gəliri təmin edib. Şirkət bu nəticəyə əsasən oyunu əyləncə sənayesi tarixinin ən uğurlu layihəsi adlandırıb.
FED.az xəbər verir ki, oyunun ilkin satışında 32 milyon 500 min nüsxə satılıb. Standart versiyanın qiyməti 80 dollar, əlavə nəqliyyat vasitələri, silahlar, geyimlər və digər oyun elementləri olan paketin qiyməti isə 100 dollar təşkil edir. Oyunun kompüter versiyasının və onlayn rejiminin daha sonra istifadəyə verilməsi gözlənilir.
"Take-Two"nun törəmə şirkəti "Rockstar Games" oyunu səkkiz ildən artıq müddətdə hazırlayıb. Seriyanın əvvəlki əsas oyunu "GTA 5" ilə yeni buraxılış arasında 13 il keçib. Yeni oyunun hadisələri Mayami əsasında yaradılmış uydurma Vays-Siti (Vice City) şəhərində cərəyan edir. Bloomberg oyunu "şah əsər" kimi qiymətləndirib.
2013-cü ildə satışa çıxan "GTA 5" ilk 24 saatda 800 milyon dollar, ilk üç gündə isə 1 milyard dollar satış gəliri əldə etmişdi.
İnvestorların diqqəti indi oyunun kompüter versiyasının və çoxoyunçulu onlayn rejiminin buraxılışına yönəlib. Bəzi sektor analitikləri hər iki buraxılışın 2027-ci ildə baş tutacağını gözləyirlər. "TD Cowen" analitiki Duq Krütsün fikrincə, yeni "GTA Online"ın nə vaxt istifadəyə veriləcəyi və oyunçuların orada nə qədər pul xərcləyəcəyi "Take-Two"nun səhmləri üçün oyunun neçə nüsxə satılacağından daha böyük əhəmiyyət daşıyır.
"GTA VI"nın konsol versiyası 19 noyabr 2026-cı ildə PlayStation 5, Xbox Series X və Xbox Series S üçün satışa çıxıb. İlk buraxılış təkoyunçulu hekayə rejimini əhatə edir. PC versiyası və yeni "GTA Online" rejimi daha sonra gözlənilir. Rockstar Games
ABŞ-da iki satış paketi təqdim olunub. 
- Standard Edition — 79,99 dollar. Əsas oyun.
- Ultimate Edition — 99,99 dollar. Əsas oyun və əlavə nəqliyyat vasitələri, silahlar, geyimlər və digər oyun məzmunu.
XXX
"GTA VI" böyük təntənə ilə satışa çıxarılıb, "Take-Two" satış rekordunu qırıb
"GTA VI"da cinayətkar ikili Lusiya və Ceysonun Vays-Sitidəki macəraları artıq qlobal mədəni fenomenə çevrilmiş bu hit oyunun yaradıcısı "Take-Two Interactive"ə ilk gündə 4 milyard dollara yaxın satış gəliri gətirib
FED.az xəbər verir ki, GTA-nı hazırlayan "Rockstar Games"in ana şirkəti "Take-Two Interactive", portfelində "Red Dead Redemption" franşizası və "NBA 2K" basketbol seriyası kimi böyük hitlərin olmasına baxmayaraq, geniş ictimaiyyət arasında o qədər də tanınmır.
"Rockstar Games" cümə günü bildirib ki, oyun satışa çıxmazdan əvvəl 32 milyon 500 min nüsxə satılıb, ilk günün pərakəndə satışları isə 3 milyard 790 milyon dollar təşkil edib. Bu, "GTA V"in 2013-cü ildə ilk gün əldə etdiyi təxminən 800 milyon dollarlıq satışın beş mislinə yaxındır. "GTA V" ilk 24 saatda ən çox satılan videooyun kimi geniş qəbul olunurdu.
"Sensor Tower" analitika şirkətinin hesablamasına görə, şirkət "GTA VI"nın 24 milyon 500 min nüsxəsini satıb və ön sifarişlərdən 2 milyard 360 milyon dollar gəlir əldə edib.
"Take-Two" iyunda ön sifarişlərin qəbuluna başladıqdan sonra "GTA VI"ya tələbat barədə təfərrüatları açıqlamayıb. Şirkət yalnız tələbatın "misli görünməmiş" səviyyədə olduğunu və ya "gözləntiləri xeyli üstələdiyini" bildirib.
"Oyun o qədər böyük maraqla gözlənilir ki, istehlakçılar çox, çox həyəcanlı görünürlər və indiyədək mətbuatda çıxan bütün rəylər müsbət olub, amma biz hələ qələbə elan etməyə hazır deyilik", – "Take-Two"nun baş direktoru Strauss Zelnik bu ayın əvvəlində şirkətin maliyyə nəticələrinə dair konfrans zəngində deyib.
"Uğur qazanmamışdan əvvəl onu elan etməkdən çəkinirik", – o bildirmişdi.
"Take-Two"nun "GTA VI"nın hazırlanmasına təxminən 1 milyard dollar və ya daha çox vəsait xərclədiyi bildirilir. Bu, oyunu əyləncə sənayesinin ən bahalı layihələrindən birinə çevirir.
"Sensor Tower"in hesablamasına görə, "GTA VI"nın "Extended Look" adlı reklam treylerinin avqustda "Netflix"də yayımlanması ön sifarişlərin altı dəfə artmasına təkan verib.
Vays-Sitinin prototipi olan Mayaminin NBA komandası oyunun buraxılışını çərşənbə günü Vays-Siti mövzusunda keçirilən basketbol qarşılaşması ilə qeyd edib.
Həftəsonu şirkət "GTA VI: The Festival" adlı musiqi şousu keçirir. Tədbirdə "Qremmi" mükafatlı reper Cardi B, hip-hop musiqi prodüseri Metro Boomin və reper Travis Scott kimi ulduzlar çıxış edəcəklər.
"Take-Two"nu bundan sonra nə gözləyir?
İnvestorlar "Take-Two"nun "GTA VI"nın kompüter versiyasını və onlayn rejimini istifadəyə vermək planlarını açıqlamasını gözləyirlər. Videooyunun çoxoyunçulu onlayn rejimi onun davamlı gəlir mənbəyinə çevrilməsində həlledici rol oynayır.
Bəzi sektor analitikləri kompüter versiyasının və onlayn rejimin 2027-ci ildə istifadəyə veriləcəyini gözləyirlər.
"TD Cowen" broker şirkəti "Take-Two"nu 2027-ci il üçün "ən yaxşı investisiya ideyaları" sırasına daxil edib. Şirkətin analitiki Duq Krüts oyunun onlayn rejimi istifadəyə verildikdən sonra "Take-Two"nun maliyyə perspektivlərini nikbin qiymətləndirir.
"İstehlakçıların uzun müddət ərzində "GTA VI"ya müntəzəm pul xərcləməsi üçün potensial çox yüksəkdir... Yeni "GTA Online"ın nə vaxt istifadəyə veriləcəyi və nə qədər böyük miqyasa çatacağı səhmlər üçün "GTA VI"nın neçə nüsxə satılacağından daha vacib sualdır."

Biznes     Tarix: 21 noyabr 2026

Oxşar xəbərlər

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

"PlayStation 5" udmaq istəyirdi, amma "Changan Q07" qazandı - "Sürətlə Yeni Mövsümə" lotereyasının qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyasının sonuncu tirajının qalibləri müəyyənləşib və 2-ci avtomobilin sahibi bilinib. xəbər verir ki, bəxtəvər qalib Emil Sultanov "Changa

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs


iqtisadi xeberler valyuta xeberleri biznes qurmaq depozit faizleri bitkoin almaq