EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər

EİB, IFC və OeEB Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) "Bank Respublika"nın "AccessBank"ı alması ilə bağlı əqd çərçivəsində "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər.
Banker.az xəbər verir ki, bu barədə qurumlar "APA-Economics"in sorğusuna cavab olaraq bildiriblər.
EİB-dən bildirilib ki, qurum əqd çərçivəsində "AccessBank"dakı adi səhmlərini satıb və bunun müqabilində maliyyə vəsaiti və mövcud maliyyələşdirmə tərəfdaşı olan "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə edib. EİB-in imtiyazlı səhmlərə sahib olması əqdin razılaşdırılmış strukturundan irəli gəlir və qurum bunu yeni strateji kapital qoyuluşu hesab etmir.
EİB 2014-cü ildən "AccessBank"a dəstək göstərir. İlkin mərhələdə maliyyələşdirmə mikro, kiçik və orta müəssisələrin kreditə çıxışını yaxşılaşdırmağa yönəlib. "AccessBank" 2018-ci ildə maliyyə çətinlikləri ilə üzləşəndə EİB digər beynəlxalq maliyyə institutları ilə birlikdə kreditorların təşəbbüsü ilə aparılan restrukturizasiyada iştirak edib. EİB bankın ona olan borcunun bir hissəsini səhmlərə çevirərək "AccessBank"ın kapitalının artırılmasına və fəaliyyətini davam etdirməsinə dəstək verib.
EİB qeyd edib ki, bu qərar qurumun mövcud maliyyə maraqlarını qorumaq məqsədi ilə yanaşı, Azərbaycanda kiçik və orta müəssisələri dəstəkləmək və maliyyə sektorunun dayanıqlılığını gücləndirmək öhdəliyini də əks etdirib. Restrukturizasiya "AccessBank"a kapital mövqeyini bərpa etməyə, yenidən mənfəətlə işləməyə və yerli müəssisələri maliyyələşdirməyə davam etməyə imkan verib. Bank sonradan maliyyə vəziyyətini uğurla bərpa edib.
EİB "AccessBank"ın "Bank Respublika" tərəfindən alınmasını restrukturizasiya prosesinin uğurla başa çatması və Azərbaycanın bank sektorunun inkişafında mühüm addım kimi qiymətləndirir. Qurumun gözləntisinə görə, kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə önəm verən iki maliyyə institutunun birləşməsi onların yerli biznesə xidmət göstərmək və özəl sektorun inkişafını dəstəkləmək imkanlarını genişləndirəcək.
IFC-dən bildirilib ki, korporasiya "AccessBank"la bankın yarandığı vaxtdan əməkdaşlıq edir. "Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni aldıqdan sonra IFC "Bank Respublika"nın imtiyazlı səhmlərinin sahibi olub.
IFC Azərbaycanda güclü və inklüziv maliyyə sektorunun inkişafına dəstəyini davam etdirəcək. Bu dəstək kiçik biznesin və maliyyə xidmətlərinə çıxışı məhdud olan qrupların maliyyələşmə imkanlarının genişləndirilməsini də əhatə edir. Korporasiyanın qiymətləndirməsinə görə, bu, özəl sektorun inkişafına və məşğulluğun artmasına töhfə verə bilər.
OeEB-dən bildirilib ki, qurum "AccessBank"ın restrukturizasiyası çərçivəsində bankın səhmdarı olub və uzun illər onun inkişafına dəstək göstərib. Əqd nəticəsində OeEB "AccessBank"ın digər keçmiş səhmdarları ilə birlikdə "Bank Respublika"nın yeni buraxılmış imtiyazlı səhmlərini əldə edərək bankın səhmdarına çevrilib. Bununla da OeEB-in Azərbaycanın bank sektorundakı investisiyası davam edir.
Xatırladaq ki, noyabrın 3-də "Bank Respublika" və "AccessBank" strateji əqdin başa çatdığını elan ediblər. Əqd nəticəsində "Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alıb, "AccessBank"ın keçmiş səhmdarları isə "Bank Respublika"nın yeni buraxılmış imtiyazlı səhmlərini əldə ediblər.

Banklar     Tarix: 19 noyabr 2026

Oxşar xəbərlər

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər

Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) "Bank Respublika"nın "AccessBank"ı alması ilə bağlı əqd çərçivəsində "Bank Respublika"nı

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?

Maliyyə fırıldaqlarından qorunmaq üçün bank ekspertindən məsləhət. Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığın

ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi

Azərbaycan Beynəlxalq Bankının ("ABB", BFB: ABBNK) səhmlərinin marketmeykerlər tərəfindən təqdim edilən satış qiyməti Bakı Fond Birjasında (BFB) 37 qəpiyə yüksələrək yeni tarixi maksimum səviyyəyə çatıb. (İnvestisiya

"AFB Bank" yeni müddətli əmanət faizlərini açıqladı

"AFB Bank" 2026-cı ildə faizləri müddətin sonunda ödənilən 6, 9 və 12 aylıq manat əmanətləri üzrə illik faiz dərəcələrini aşağı salıb. xəbər verir ki, 6 və 9 aylıq əmanətlərin faizi 9%-dən 8%-ə, 12 aylıq əmanətləri

Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır

Azərbaycanda biznesin maliyyələşdirilməsində bank kreditlərinin üstünlüyü artmaqda davam edir. Korporativ istiqraz bazarı genişlənsə də, onun biznes kreditləri ilə müqayisədə həcmi kiçilir. xəbər verir ki, bu barədə Bak

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı


iqtisadi xeberler rubl mezenne kripto valyuta xeberleri pul qazanmaq