ChatGPT nədir və ChatGPT necə istifadə edilir?

ChatGPT nədir və ChatGPT necə istifadə edilir?Çat GPT böyük bir dil modelidir. yəni çat GPT insan dilini başa düşən böyük məlumat toplusu əsasında cavablar yaratmaq üçün proqramlaşdırılmışdır.

Çat GPT-in LLM proqramı GPT-3.5 adlanır. Bu, OpenAI-nin GPT-3 dil modelinin təkmilləşdirilməsidir.

175 milyard parametrə malik GPT-3 bu günə qədər dil emal edən ən böyük və ən güclü süni intellekt modellərindən biridir.

Çat GPT-ni çox tanıdaq və insanları heyrətləndirən hissəsi isə öyrədildiyi çoxlu məlumat sayəsində insana bənzər cavablar yaratmaq qabiliyyətidir.

Bu səbəbdən də peşəkar xidmətlər firmasının qlobal innovasiyalar üzrə baş direktoru Jeffrey Wong CNBC-yə müsahibəsində çap GPT ilə bağlı "maraqlısı odur ki, cavablar getdikcə daha çox insana bənzəyir, buna görə də gördüyünüz şeylər kompüterlərin əvvəllər edə biləcəyini düşünmədiyimiz şeylərdir" deyir.

Çat GPT-ni fərqləndirən başqa bir şey, istifadəçilərin əvvəlki mesajlarının kontekstini mövzuya daxil etmək və ondan sonra söhbətdə cavablar yaratmaq üçün istifadə etmək qabiliyyətidir.

Çat GPT ödənişsiz sistemdir. Ona görə də istifadə əhatəsi tez vaxt yayılıb və əlçatandır.

Çat GPT-dən istifadə etmək üçün internet bağlantısının olması kifayətdir. İstifadəsi və çıxışı son dərəcə sürətli olan süni intellekt robotunu internet brauzeriniz vasitəsilə istifadə edə bilərsiniz.
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?İstifadəyə başlamaq üçünsə OpenAI-nın Çat GPT veb saytına daxil olub sınaq düyməsini basmağınız lazımdər. Əgər OpenAI hesabınız yoxdursa, əvvəlcə e-poçt ünvanınız və tələb oluna şəxsi məlumatlarınızı daxil etməklə hesab yarada bilərsiniz.

Üzvlük prosesini bir neçə addımda tamamladıqdan sonra Çat GPT ilə söhbətə başlayacaqsınız. Həmçinin istifadə təcrübəniz boyu Çat GPT-nin imkanları və məhdudiyyətləri haqqında istifadəçilərlə paylaşılan qısa məlumatdan da faydalana bilərsiniz. İstifadə zamanı Çat GPT-in heyrətamiz funksiyaları ilə də tanış olacaqsınız.

Daha əvvəl qeyd etdiklərimizdən gəldiyimiz nəticəyə görə, Çat GPT proqramçılara daş atacaq bir kod mütəxəssisidir. Kopyalama düyməsi sayəsində həm kodu çap edərkən, həm də kod səhvlərini aradan qaldırarkən istifadə edə biləcəyiniz bu robotda çap edəcəyiniz kodları asanlıqla kopyalayıb istifadə edə bilərsiniz. Onun yazdığı kodun ətraflı addımlarını və izahatlarını Çat GPT-dən də öyrənə bilərsiniz.

Siz həmçinin Çat GPT-dən sizin üçün orijinal hekayə, məqalə və ya şeir yazmağı və ya sizin üçün pəhriz/fitness proqramı yaratmağı da xahiş edə bilərsiniz. İstifadə etdiyi məlumat fondu sayəsində Çat GPT tədqiqat, bilik və təcrübə tələb edən bu kimi məsələlərdə də sizə dəqiq cavab verəcək. Ən yaxşı cavabı almaq üçünsə ehtiyaclarınızı ətraflı şəkildə müəyyənləşdirib, qeyd etmək lazımdır.

Digər nümunəvi istifadələr üçün Çat GPT həftəlik görüşləri və biznesə aid mürəkkəb mövzuları və anlayışları izah etmək üçün də istifadə edilə bilər.

Çat GPT-dən istifadə edərkən hər hansı problemlə qarşılaşsanız, problemi həll etmək üçün internetdə uzun müddət araşdırma aparmağa ehtiyac yoxdur. Məsələn, "Çat GPT "şəbəkə xətası" nədən yaranır?" sualını Çat GPT-yə ünvalamaq bəs edir:

Çat GPT isə cavabımda: "Çat GPT OpenAI tərəfindən hazırlanmış dil modelidir və onun işləməsi üçün dil modelinin internetə qoşulması lazımdır. "Şəbəkə xətası" xətası Çat GPTin internetə qoşula bilməyəcəyi anlamına gələ bilər. Bu xətanın səbəbini söyləmək üçün mənə əlavə məlumat lazımdır..." deyəcək.

Üstünlüklərinə baxmayaraq, qeyd edək ki, Çat GPT xeyli səhvə malik sistemdir. Bəzən mənasız və qeyri-adekvat cavablar verə bilər. OpenAI da 2021-ci ildə etiraf edib ki, süni intellektə əsaslanan Çat GPT robotunun bilik bazası məhdud çərçivədən ibarətdir və yanlışlıqlar ola bilər.

Maraqlı     Tarix: 12 oktyabr 2025

Oxşar xəbərlər

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

Bütün günü uzanmaq və heç nə etməmək istəyi tənbəllik deyil, ciddi siqnaldır: Karl Yunqun müdrik fikri

Bəzən hətta adət etdiyimiz gündəlik işlər belə həddindən artıq ağır görünür. Divandan qalxmaq, mesajlara cavab vermək və ya ev işləri ilə məşğul olmaq istəyi olmur. İnsan özünü fəaliyyətsizliyə görə qınayır, toparlanmağ

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb

Apple-ın ilk qatlanan iPhone-nun ekran ölçüləri açıqlandı — Ən böyük iPhone ekranıdır. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun bəzi əsas texniki xüsusiyyətlərini açıqlayıb. Yeni iPhone qapalı vəziyyətdə 5,4 düymlük xaric

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Apple yeni iMac və MacBook Pro modellərini təqdim etdi – Qiymətlər açıqlandı

ABŞ-ın texnologiya nəhəngi Apple şirkəti M6 prosessoru ilə təchiz edilmiş yeni 24 düymlük iMac və 14 düymlük MacBook Pro kompüterlərini təqdim edib. Yeni modellər şirkətin kompüter məhsulları seriyasını yeniləmək strategiyasını


iqtisadi xeberler dollarin kursu bu gun 1000 manatla biznes dollar kursu pul qazanmaq