"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarından biri olan "TBC Bank" vasitəsilə qəbul edilir.
Banker.az xəbər verir ki, bu barədə noyabrın 12-də "Kommersant" nəşrləri məlumat yayıb.
Yeni qaydalara əsasən, Rusiyadan göndərilən vəsaiti Gürcüstanda "TBC Bank"ın filiallarında nağd şəkildə əldə etmək və ya birbaşa bank hesabına köçürmək mümkündür. Digər banklar vasitəsilə vəsaitin alınması hələlik əlçatan deyil.
Əvvəllər "Zolotaya Korona" köçürmələrini "Bank of Georgia", "Credo Bank" və mikromaliyyə təşkilatları vasitəsilə də əldə etmək mümkün idi.
Xatırladaq ki, 2026-cı ilin iyulunda Avropa İttifaqının tətbiq etdiyi sanksiyalardan sonra ödəniş sistemi Gürcüstan, Qazaxıstan və bir sıra digər ölkələrə pul köçürmələrini dayandırmışdı.
Sanksiyalar sistemin operatoru və hesablaşma mərkəzi olan Rusiyanın "RNKO Platyojnıy Sentr" təşkilatına tətbiq edilmişdi.
Noyabrın 12-də "TBC Bank"ın nümayəndələri də "Zolotaya Korona" vasitəsilə pul köçürmələrinin bərpa olunduğunu təsdiqləyiblər.
Bununla belə, Gürcüstanda xidmətin yenidən fəaliyyətə başlaması digər ölkələrə köçürmələrin də tam bərpa edildiyi anlamına gəlmir.
"Zolotaya Korona" Rusiyadan xaricə bank hesabı açmadan pul göndərmək imkanını təmin edən beynəlxalq ödəniş sistemidir.

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Qala Həyat"ın ödənişləri 76% artıb
Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR
Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal
Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq
ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?
Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Biznes nədir və hansı növləri var?
Layihə menecmenti nədir?
Bitcoin necə işləyir?
Cash Back nədir?
Ən bahalı otellər hansılardır?