"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib
"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır.
Banker.az xəbər verir ki, bankın vergidən əvvəlki mənfəəti 12,4% artaraq 272 milyon lirəyə yüksəlsə də, vergi xərclərinin artması xalis mənfəətin azalmasına səbəb olub. Belə ki, ötən ilin ilk yarısında 35 milyon lirə xalis vergi gəliri qeydə alındığı halda, bu il 80 milyon lirə vergi xərci yaranıb.
(AMB-nin 30.09.2026-ci ilə rəsmi məzənnəsi 1 lirə=0.0347 manat)
Bankın ümumi gəlirləri illik müqayisədə 8,1% artaraq 1 383 milyon lirəyə, ümumi xərcləri isə 7,1% artaraq 1 milyard 111 milyon lirəyə çatıb. Xərclərin gəlirlərə nisbəti 81,1%-dən 80,3%-ə enib. Faiz gəlirləri 5,3% artaraq 1 milyard 158 milyon lirə, faiz xərcləri isə 0,3% artaraq 763 milyon lirə təşkil edib. İşçi heyətinə çəkilən xərclər 39,7% artaraq 204 milyon lirəyə yüksəlib.
2026-cı il iyunun 30-na "PAŞA Bank Türkiyə"nin cəmi aktivləri 17 milyard 198 milyon lirə olub. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 16,1% çoxdur. Kredit portfeli 25,6% artaraq 9 018 milyon lirəyə çatıb. Kreditlərin aktivlərdə payı 48,5%-dən 52,4%-ə yüksəlib. Maliyyə lizinqi üzrə alacaqlar isə 47,3% artaraq 2 milyard 40 milyon lirə təşkil edib.
Bankın cəmi öhdəlikləri ilin əvvəli ilə müqayisədə 18,2% artaraq 14 milyard 682 milyon lirəyə, kapitalı isə 5,3% artaraq 2 516 milyon lirəyə yüksəlib. Mənfəət ehtiyatları 45,8% artaraq 1 milyard 823 milyon lirəyə çatıb. Bank 2025-ci ilin 638 milyon lirəlik mənfəətindən 65 milyon lirəni dividend kimi ayırıb, qalan 573 milyon lirəni isə ehtiyatlara yönəldib. Müqayisə üçün, əvvəlki il üzrə ayrılmış dividend 37 milyon lirə olub. Beləliklə, dividend məbləği 75,7% artıb.
Bankın işçi sayı 2026-cı ilin iyunun sonunda 69 nəfər təşkil edib və 2025-ci ilin sonu ilə müqayisədə dəyişməyib.
"PASHA Yatırım Bankası" 25 dekabr 1987-ci ildə təsis edilib və 2015-ci ildən indiki adı ilə fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 500 milyon lirədir.

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnvestisiyanın necə cəlb etmək olar?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?