FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli məhsullar, rayonun meyvəçilik ənənələri və milli-mədəni irsi nümayiş olunub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Festival çərçivəsində FINCA Azerbaijan-ın stendini ziyarət edən iştirakçılara təşkilatın kredit məhsulları və maliyyələşmə imkanları barədə məlumat verilib. FINCA əməkdaşları ziyarətçiləri məhsulların şərtləri və müraciət qaydaları ilə tanış edib, onları maraqlandıran sualları cavablandırıblar.
Tədbir həmçinin festival iştirakçıları və mövcud müştərilərlə səmimi ünsiyyət üçün fürsət yaradıb. Görüşlər zamanı onların fikirlərini dinləmək, ehtiyaclarını daha yaxından öyrənmək və qarşılıqlı fikir mübadiləsi aparmaq imkanı yaranıb.
FINCA Azerbaijan yerli istehsalçıları, fermerləri və sahibkarları bir araya gətirən belə festivalların keçirilməsini yüksək qiymətləndirir. Bu cür təşəbbüslər yerli məhsulların tanıdılması, sahibkarların yeni əlaqələr qurması və regionların iqtisadi potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
1998-ci ildə təsis edilmiş FINCA Azərbaycan ölkədə mikromaliyyə xidmətləri göstərən aparıcı bank olmayan kredit təşkilatlarından biridir. Təşkilat 1984-cü ildə əsası qoyulmuş beynəlxalq FINCA brendi altında fəaliyyət göstərən FINCA Impact Finance qlobal şəbəkəsinin bir hissəsidir. Məhsul və xidmətlər barədə ətraflı məlumatı saytından və ya *2525 qaynar xəttinə zəng etməklə əldə etmək mümkündür.
/ marja.az

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Dünyanın əh bahalı brendləri - TOP-10
Digital Card nədir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dünyanın ən çox maaş verən şirkətləri
McDonalds haqqında maraqlı faktlar