Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi®Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir.
Xalqımız bu döyüşlərdə qəhrəmanlıqla həlak olan oğullarımızın ruhu qarşısında baş əyir və daim onların xatirələrini ehtiramla yad edir.
Bu günlərdə dövlət bankı Azər-Türk Bankın Müşahidə Şurası Bankın filialına Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin adının verilməsi barədə qərar qəbul edib.
Bakının Asif Məhərrəmov küçəsi, 99 ünvanda yerləşən filialı bundan sonra "Şəhid Rauf Əliyev" adına filial kimi fəaliyyət göstərəcək.
Bununla bağlı təşkil edilən mərasimdə Bankın rəhbər heyəti və əməkdaşları, o cümlədən, Rauf Əliyevin valideynləri iştirak ediblər.
"Bu gün Rəqəmsal filialımıza həmkarımız Şəhid Rauf Əliyevin adının verilməsi təsadüfi seçim deyil. Rauf bizim informasiya texnologiyaları üzrə peşəkar mütəxəssisimiz idi. Bu məkan da yeniliyin, inkişafın və gələcəyin simvoludur. İstəyirik burada çalışan hər bir əməkdaş, bu filiala üz tutan hər bir şəxs Raufun adını görsün, onun həyat hekayəsi ilə tanış olsun və Vətən qarşısında borcunu şərəflə yerinə yetirmiş bir gəncin xatirəsini yad etsin. Bu həm də dövlətimizin şəhid ailələrinə qayğısının bir nümunəsidir", – deyə Bankın İdarə Heyətiinin sədri Günel Nəbiyeva tədbir iştirakçıları qarşısında öz çıxışında bildirib.
Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, şəkli önünə gül dəstələri düzülüb. Tədbirdə Şəhid Rauf Əliyevin valideynləri Səxavət Əliyev və Xavər Əliyeva oğullarının keçdiyi zəfər yolu barədə məlumat veriblər.
Göstərdiyi şücaətə görə igid əsgərimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ölkə Prezidentinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında Şəhid olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncamına əsasən döyüş zamanı şəhid olmuş "Azər-Türk Bank" ASC-nin əməkdaşı Rauf Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
Qeyd edək ki, Rauf Əliyev 4 iyun 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. O, orta təhsilini Bakı şəhərində almış, daha sonra Azərbaycan Texniki Universitetində "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası üzrə ali təhsilini tamamlayıb.
Tələbəlik illərindən etibarən informasiya texnologiyaları sahəsinə böyük maraq göstərib, proqramlaşdırma üzrə bilik və bacarıqlarını daim inkişaf etdirib, bir sıra beynəlxalq sertifikatlar əldə edib və xaricdə peşəkar təlimlərdə iştirak edib.
2016-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, Aprel döyüşlərində iştirak edib. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətini davam etdirərək 28 avqust 2018-ci il tarixində Azər Türk Bankın İnformasiya Texnologiyaları Departamentinin Proqram Təminatı Şöbəsində mühəndis vəzifəsində işə başlayıb. Daha sonra mühəndis-proqramçı və aparıcı mühəndis-proqramçı vəzifələrində fəaliyyətini davam etdirib.
2020-ci ildə Vətən müharibəsi başladıqda könüllü olaraq cəbhəyə yollanaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına mübarizə aparıb. O, 22 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Şəhidlərimizin fədakarlığı və qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaqdır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildiAzər Türk Bankın filialına şəhid əməkdaşın adı verildiAzər Türk Bankın filialına şəhid əməkdaşın adı verildiAzər Türk Bankın filialına şəhid əməkdaşın adı verildiAzər Türk Bankın filialına şəhid əməkdaşın adı verildiAzər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Banklar     Tarix: 06 noyabr 2026

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib

PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub. 8 Noyabr – Zəfər Günü ərəfəsind

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler dollar manat kursu 1000 manatla biznes bitkoin rubl mezenne