Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi®Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir.
Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixində Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə baş tutan növbəti ağacəkmə aksiyasında iştirak edib.
Aksiyada Bank of Baku-nun rəhbər şəxsləri və əməkdaşları tərəfindən müvafiq ərazinin torpaq-iqlim şəraitinə uyğun eldar şamı və zeytun ağacları əkilib. 
Qeyd edək ki, bu ağacəkmə aksiyası "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq baş tutub. 
Sözügedən memorandumun məqsədi 2023-cü ildən başlayaraq 10 il ərzindən 1 milyon ağacın əkilməsinə nail olmaqdır. Memorandum Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, ABA, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanıb.
Onu da bildirək ki, Bank of Baku ötən ay da ağacəkmə aksiyası təşkil edərək Müşfiqabad ərazisində 100 ağacın əkilməsini həyata keçirib.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com  
www.facebook.com/bankofbaku
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdiBank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdiBank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdiBank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdiBank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdiBank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdiBank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdiBank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Banklar     Tarix: 04 noyabr 2026

Oxşar xəbərlər

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin


iqtisadi xeberler bitkoin qiymeti kripto 1000 manatla biznes depozit faizleri