Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşirBank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb.
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əldə edib, AccessBank-ın əvvəlki səhmdarları isə Bank Respublikanın yeni emissiya edilmiş imtiyazlı səhmlərini əldə edərək Bankın səhmdarları sırasına daxil olublar.
Əqdin başa çatması iki bankın maliyyə potensialını, peşəkar təcrübəsini və bir-birini tamamlayan biznes modellərini bir araya gətirərək onların inkişafında mühüm mərhələ olub. Növbəti mərhələdə hüquqi və əməliyyat baxımından birləşmə nəticəsində Bank Respublika brendi altında Azərbaycanın ən böyük banklarından biri formalaşacaq.
Birləşmə başa çatanadək hər iki bank mövcud brendləri altında fəaliyyətini davam etdirərək müştərilərə fasiləsiz xidmət göstərilməsini, müştərilər və tərəfdaşlar qarşısında bütün öhdəliklərin yerinə yetirilməsini təmin edəcək.
Birləşməyə hazırlıq çərçivəsində AccessBank-ın İdarə Heyətinə Tariyel İsmayılov rəhbərlik edəcək və o, daha sonra birləşmiş bankın İdarə Heyətinin sədri olacaq. Bank Respublikanın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası İdarə Heyəti sədrinin müavini Aslan Abasova həvalə olunub.
Birləşmə bankın maliyyə mövqelərini möhkəmləndirməyə, biznesin maliyyələşdirilməsi imkanlarını genişləndirməyə, əməliyyat səmərəliliyini artırmağa, rəqəmsal xidmət kanallarının inkişafını sürətləndirməyə və bank xidmətlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.
Əqdin başa çatmasını şərh edən Bank Respublikanın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib:
"Bu irimiqyaslı əqdin uğurla başa çatması Azərbaycanda əlverişli investisiya mühitinin, bank sektorunun dayanıqlılığının və beynəlxalq investorların onun perspektivlərinə etimadının göstəricisidir. Biz əminik ki, iki bankın potensialının birləşdirilməsi ölkənin maliyyə bazarının gələcək inkişafında mühüm addım olacaq.
Azərbaycan Mərkəzi Bankına, hər iki bankın səhmdarlarına, müştərilərimizə, tərəfdaş banklara, beynəlxalq maliyyə institutlarına və əqdin bütün iştirakçılarına proses boyunca göstərdikləri etimada, konstruktiv əməkdaşlığa və dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk".

Banklar     Tarix: 03 noyabr 2026

Oxşar xəbərlər

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler en son xeberler dollar kursu bank faizleri biznes qurmaq