Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Dünyada ilk müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu olan "azGLOBE" 31 oktyabr 2026-cı ildə Pekin Xarici Dillər Universiteti (PXDU) tərəfindən istifadəyə verilmişdir. "azGLOBE" korpusu Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin rəhbərliyi altında yaradılıb.
Korpus 1 milyon sözü əhatə edir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Korpusun yaradılmasında PXDU-nun Asiya fakültəsi Azərbaycan dili kafedrasının müəllim və tələbə heyəti yaxından iştirak edib.
Mətnlərin seçilməsi Braun ailəsinə aid korpuslar modelinə (Brown family corpora) əsaslanır və dörd əsas janrı əhatə edir: dövri mətbuat mətnlərini əhatə edən publisistik, elmi mətnləri əhatə edən akademik, ədəbi mətnləri əhatə edən bədii və digər müxtəlif janrların daxil olduğu qarışıq mətnlər.
Müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu "azGLOBE" "The GLOBE Corpus"un (Global Languages Out of BFSU Expertise, GLOBE) alt korpuslarından biridir. Bu korpus Pekin Xarici Dillər Universitetinin Xarici Dillərin Tədrisi üzrə Çin Milli Tədqiqat Mərkəzinin professoru Sü Ciacinin (Xu Jiajin) rəhbərliyi ilə yaradılmış korpuslar toplusunun tərkib hissəsidir. Hazırda "GLOBE" korpusuna 51 dil daxildir. O, dil sayına görə dünyada ən böyük korpuslardan biridir.
Sözügedən "azGLOBE" korpusu müasir Azərbaycan dilinin leksik və qrammatik xüsusiyyətlərinin tədqiqi üçün müstəqil mənbə kimi istifadə oluna bilər. Eyni zamanda, dillərarası müqayisəli tədqiqatların aparılması üçün "GLOBE" korpusunun digər dillərə aid altkorpusları ilə birgə tətbiq edilə bilər. Korpusdan müasir Azərbaycan ədəbi dilinin leksik tərkibinin və qrammatik quruluşunun tədqiqində, müqayisəli dilçilikdə, lüğətşünaslıqda, dərslik və tədris materiallarının hazırlanmasında geniş istifadə oluna bilər. Korpusdan dünyanın istənilən yerindən müvafiq link () vasitəsilə pulsuz istifadə etmək mümkündür. Növbəti illərdə korpusun söz ehtiyatı davamlı şəkildə artırılacaqdır.
Qeyd edək ki, Pekin Xarici Dillər Universiteti Azərbaycan dilinin xaricdə müstəqil ixtisas kimi tədris olunduğu ilk və yeganə universitetdir. 2018-ci ildə Azərbaycan dili ixtisası üzrə ilk tələbə qəbulunu həyata keçirən universitet 2026-cı ildə bu ixtisasın magistratura pilləsi üzrə də ilk dəfə tələbə qəbul edilib. Bununla da universitet Azərbaycan dilinin tədrisinin inkişafı istiqamətində yeni mərhələyə qədəm qoyulub. Rəqəmsallaşma dövrünün tələblərinə uyğun olaraq, Azərbaycan dilinin tədrisi sahəsində də bir sıra yeniliklərə imza atılıb. Belə ki, 2025-ci ildən etibarən Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrası tərəfindən Azərbaycan dili üzrə Açıq Kütləvi Onlayn Dərs (MOOC) da istifadəyə verilib.

/ marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Françayzinq nədir və necə olur?
Dünyanın ən varlı 10 adamı
Bitcoin necə işləyir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Swift nədir?